Ukrayna ordusu 70 ədəd hərbi texnikasını itirdi
Bizi izləyin

Dünya

Ukrayna ordusu 70 ədəd hərbi texnikasını itirdi

Separatçı “Donetsk Xalq Respublikası”nın (“DXR”) silahlıları Ukrayna ordusunu 70 hərbi texnikasını ələ keçirib.

Publika.az-ın “RİA-Novosti” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə “DXR”-in hərbi qərargahından bildirilib.

Ələ keçirilən hərbi texnika arasında 18 ədəd “Qrad” raket sistemi, “Oka” raket-zenit kompleksi, 15 ədəd tank və xeyli sayda zirehli maşın var. Məlumata görə, sözügedən hərbi texnika 24-cü aeromobil və 72-ci mexanikləşdirilmiş briqadalardan, həmçinin Milli Qvardiyanın “Azov” və “Şaxtyorsk” batalyonlarından hərbi qənimət olaraq götürülüb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm