Dünya
Norveçli qız İsraildə siyasi gərginlik yaratdı
İsrail baş nazir Benyamin Netanyahunun 23 yaşlı oğlunun şəxsi həyatı ölkədə geniş müzakirələrə səbəb olub.
Publika.Az AP xəbər agentliyinə istinadən məlumat verir ki, Yair Netanyahunun norveçli tələbə Sandra Leikanger ilə ünsiyyətdə olması barədə məlumat yayılandan sonra bir çox mühafizəkar yəhudi siyasətçi və media qurumu Baş naziri sərt tənqid edib, Cənab Netanyahunun ofisi və xanım Leikanger məsələni şərh etməyib.
Bəzi qruplar Y. Netanyahunu sevgi münasibətlərinə son qoymağa çağırıb. Baş nazirin qaynı bir xəbər agentliyinə deyib ki, bu addımla gənc Netanyahu "onu son dərəcədə sevən və onu böyüdən nənəsinin və babasının qəbirlərinə tüpürmüş olur".
Bazar ertəsi mühafizəkar “Şas” Partiyasının rəhbəri Arieh Deri yerli radiostansiyaya deyib ki, Netanyahu "Yəhudi xalqın simvolu olduğuna görə" bu, şəxsi bir məsələ ola bilməz."Allah eləməsin, bu doğrudursa, böyük bir dərddir".
Amma İsrailin keçmiş təhsil nazirinin fikrincə bu, Yair Netanyahunun öz işidir və dindarların reaksiyası cəfəngiyatdır:"Onlar yəhudi olmayanları, ortodoksal yəhudi olmayanları bəyənmirlər. Özlərini bütün digər fanatiklər kimi aparırılar".
İsmayıl
-
Region21:12
Diş həkimindən ŞOK ƏMƏL: implantı pasientin beyninə bağladı, sonra...
-
Sosial21:00
Yeddi gündən sonra meyiti tapılan İbrahimin FOTOSU
-
ABŞ20:12
Qız anası olmaq üçün 15 il dalbadal HAMİLƏ QALDI - FOTO
-
Magazin119:40
Rəqqasə Fatiməni məhkəməyə verdilər
-
Elm və təhsil19:30
Azərbaycanda məmur bu əməlinə görə İŞDƏN QOVULDU
-
Hadisə19:15
Bakı metrosunda sərnişin öldü
-
Kriminal18:36
İçki məclisi QANLA BİTDİ: Seyfullayev qətlə yetirildi
-
İdman18:24
Klopp və Salah arasında dava düşdü - VİDEO