Dünya
Polis silahsız gənci öldürdü
ABŞ-da polis silahsız gənc oğlanı
güllələyib.
ANS PRESS-in məlumatına görə, bu hadisədən sonra yüzlərlə sakin
Ferqyuson şəhərinin küçələrinə axışıb. Yerli sakinlər polisin
silahsız 18 yaşlı cavan oğlanı küçənin ortasında vurmasına etiraz
ediblər.
Ölmüş gəncin ailə üzvləri meyiti tanıdıqlarını bildiriblər. Həlak
olan şəxsin 18 yaşlı Mayk Braun olduğu açıqlanıb. Yerli
hüquq-mühafizə orqanlarının nümayəndəsi hadisə ilə bağlı açıqlama
verib:
"Yüzdən çox sakin hadisədən dərhal sonra küçələrə çıxdı. Polisin
gənc oğlanı vurmasını heç kim qəbul edə bilmir. Hadisə baş verən
ərazidə hazırda vəziyyət hələ də gərgin olaraq qalır" ,- deyə
hüquq-mühafizə orqanlarının nümayəndəsi bildirib.
Qeyd edək ki, hadisə yerinə 60 polis ekipajı cəlb edilib.
Faktla bağlı hazırda araşdırma aparılır.
-
Magazin100:50
Sabiq nazirin idmançı kürəkəninin bu görüntüləri gündəm oldu - VİDEO
-
Qoroskop00:20
Günün qoroskopu: ünvanınıza çox tənqid səslənəcək...
-
Nəqliyyat6 May 23:16
Bu yolda sürət həddi 20 km/saata endirildi
-
Magazin16 May 23:04
İllərlə küsülü olan Brilliant Dadaşova və Abbas Bağırovun rəqsi - VİDEO
-
Dünya6 May 21:33
HƏMAS-la İsrail atəşkəs barədə razılaşdı
-
Sosial6 May 21:23
Deyirlər ki, puluna görədir... - 17 yaşlı qızla nişanlanan 37 yaşlı kişinin anası DANIŞDI - VİDEO
-
İdman6 May 21:13
22 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Qoroskop6 May 21:05
Bürclərin ən zəhlətökən xüsusiyyətləri