Dünya
“Əhməd Davudoğlunun baş nazir olmasına qərar verildi, amma ..."
"Mənim aldığım xəbərlər Əhməd Davudoğlunun baş nazir
olacağı barədədir. Lakin bu vəziyyət Abdullah Gül kimi əhəmiyyətli
bir şəxsin açıqlamalarının fərqli bir nəticə doğurmayacağı anlamına
gəlmir”.
Publika.az-ın verdiyi xəbərə görə, bu barədə “Habertürk” qəzetinin
yazarı Hihal Karaca baş nazir Rəcəb Tayyib Ərdoğanın prezident
seçilməsindən sonra onun postuna mümkün namizədlərlə bağlı səslənən
iddiaları şərh edərkən deyib.
Qeyd edək ki, AKP-də Rəcəb Tayyib Ərdoğandan sonra baş nazirlik
vəzifəsi üçün Bülənt Arınç, Əli Babacan, Binəli Yıldırım, Mehmet
Əli Şahin və Əhməd Davudoğlunun adları keçir. Ən şanslının isə
Ərdoğanın üstünlük verdiyi Binəli Yıldırım olduğu
bildirilir.
AKP kulislərində iddia edilir ki, Abdullah Gül aktiv siyasətə
qayıdarsa üstünlük məhz ona veriləcək. A. Gül isə bu verdiyi
açıqlamasında siyasətə qayıdacağını bildirib. Lakin baş nazir
millət vəkili də olmalıdır. A.Gül parlamentə seçilərsə AKP başqanı
və baş nazir ola bilər.
Bunun üçün isə vaxtından əvvəl parlament seçkilərinə getmək
lazımdır.
Ömər Dağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR - VİDEO
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ