Dünya
Mikki Rurkdan Putinə dəstək
Moskva Şəhər Univermağında Rusiya prezidenti Vladimir
Putinin şəkli təsvir olunmuş köynəkləri almaq üçün saatlarla növbə
gözləyirlər.
ANS PRESS-in məlumatına görə, Putinin şəkilləri təsvir olunan
köynəklər üçün Moskva Şəhər Univermağında saatlarla növbədir.
Köynəklər isə şəkilləri və şüarları ilə fərqlənir. 15 modeldən
ibarət prezident şəkilli köynəklərin üzərində “Bizə çata
bilməzlər”, “Krımdan Salamlar” və s. şüarlar yazılıb.
Növbədə adi insanlardan başqa tanınmışları da görmək olar. Belə ki,
Rusiyaya tez-tez gələn Hollivud ulduzu Mikki Rurk da Putinin
pərəstişkarları sırasındadır. “Mən əgər Putini xoşlamasaydım, bu
köynəyə bir qara qəpik belə ödəməzdim. Mən onunla bir neçə dəfə
görüşmüşəm və özünü əsl centlmen kimi aparıb. Əla, adi kişidir”-
deyə Mikki Rurk Rusiya prezidenti barədə danışıb.
Qeyd edək ki, ilk “prezident” brendli kolleksiya bu ilin iyun
ayında satışa çıxarılıb və sutkada 5 min ədəd satılıb.
Rusiya-Ukrayna münasibətlərində mövqeyinə və Krım yarımadasını de
fakto Rusiya ərazisinə keçirdiyinə görə, Rusiya prezidenti Vladimir
Putinin reytinqi ölkəsində pik nöqtəyə çatıb. Hazırda 80 faiz rus
onu ölkənin simvolu kimi qəbul etməkdən belə çəkinmirlər. Rusların
imperialist nostalgiyasına tutulmalarına baxmayaraq, köynəkləri
sadəcə dəb üçün alanlar da var.
-
Dünya15:22
Günəşdə daha bir güclü PARTLAYIŞ: Bu səhər...
-
İdman14:32
“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşdi - FOTO
-
Magazin113:49
Müğənninin oğlunun öldüyü qəzanın TƏFƏRRÜATI - FOTO/YENİLƏNDİ
-
Magazin113:01
Nərmin Edisin mahnısına elə rəqs etdi ki... - VİDEO
-
Ekologiya12:35
Sabahın havası: yağış, duman, qar...
-
İdman11:23
Bir oyunda 2 rekord: Messi heyrətləndirir – VİDEO
-
Nida Xəbər 11:00
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - AÇIQLAMA
-
Magazin109:00
Aygün Kazımovanın qızının yeni görüntüləri yayıldı - FOTO