CAR-da iğtişaşlar zamanı ölənlərin sayı 212 nəfərə yüksəldi
Bizi izləyin

Dünya

CAR-da iğtişaşlar zamanı ölənlərin sayı 212 nəfərə yüksəldi

Cənubi Afrika Respublikasının (CAR) Kvazulu-Natal və Qautenq əyalətlərində iyulun 8-dən davam edən iğtişaşlar nəticəsində ölənlərin sayı 212 nəfərə çatıb.

Publika.az xəbər verir ki, SABC News telekanalının dövlət rəsmilərinə istinadla yaydığı məlumata görə, Qautenq əyalətində 32 nəfər ölüb, ümumilikdə 862 nəfər saxlanılıb. Kvazulu-Natal əyalətində isə 180 nəfər iğtişaşların qurbanı olub, 1692 nəfər həbs edilib.

Hər iki əyalətdə vəziyyətin artıq normallaşmağa başladığı bildirilir.

Xatırladaq ki, ötən həftə Kvazulu-Natal əyalətindən olan ölkənin sabiq prezidenti Ceykob Zumanın həbsdən azad edilməsi tələbi ilə etiraz aksiyaları başlayıb. Etirazçılar mağazaları, anbarları, yanacaqdoldurma məntəqələrini və ofisləri qarət ediblər. İğtişaşlar sonradan qonşu Qautenq əyalətinə də yayılıb. İğtişaşların baş verdiyı regiona qoşun hissələri yeridilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm