"Taliban" həftə ərzində hökumət quracaq
Bizi izləyin

Dünya

"Taliban" həftə ərzində hökumət quracaq

"Taliban" hərəkatı həftə ərzində hökumətin tam tərkibini açıqlayacaq. Onlar artıq 34 əyalətdən 33-də qubernatorları və polis rəislərini təyin ediblər.

Publika.az xəbər verir ki, bu barədə "Reuters" hərəkatın nümayəndəsinə istinadən məlumat yayıb.

Qadınların hökumətə daxil olub-olmayacağına isə hərəkatın rəhbərləri qərar verəcəklər.

"Taliban"nın nümayəndəsi Zabihulla Mücahid avqustun 22-də bəyan etmişdi ki, tezliklə Əfqanıstanın yeni hökuməti barədə bəyanat verilə bilər. Taliblərin siyasi ofisinin rəhbəri Əbdül Qəni Bəradərin isə iki həftə ərzində Əfqanıstanın gələcək hökumətinin strukturu barədə qərar qəbul edəcəyi deyilirdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm