Dünya
Pakistan ayağa qalxdı (FOTO)
Pakistanda müxalifət partiyalarının hökumətə qarşı
etiraz yürüşləri zorakılıqlarla yadda qalıb.
Bir müddət əvvəl Pakistan Ədalət Hərəkatı və Pakistan Xalq Hərəkatı
partiyalarının rəhbərliyi öz tərəfdarları ilə birlikdə paytaxt
İslamabada doğru yürüşə start vermişdilər.
ANS PRESS-in məlumatına görə, Pakistan Ədalət Hərəkatının avtobusu
Qucranuvala şəhərindən keçən zaman bir qrup şəxs avtobusa və
partiya tərəfdarlarına hücum edib. Etirazçı fəallar avtobusu daşa
basıblar. Bildirilir ki, həmçinin, partiyanın rəhbəri İmran Xana
sui-qəsd cəhdi də olub. Şahidlər avtobusun atəşə məruz qaldığını
deyiblər. Lakin avtobusun şüşələri gülləkeçirməz olduğundan hücum
zamanı insan itkisi olmayıb. Yaranmış xaos zamanı isə bir neçə
nəfər xəsarət alıb.
Partiya tərəfdarları ötən gün axşam saatlarında paytaxt İslamabada
çatıblar. İmran Xan bildirib ki, heç kim onun ədalət uğrunda
mübarizəsini dayandıra bilməz.
Müxalifət partiyaları ölkə iqtisadiyyatının zəifləməsi, silahlı
qruplaşmaların artması və infrastrukturun çökməsinə görə baş nazir
Nəvaz Şərifi günahlandırır və hökumətini istefasını tələb edir.
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı
-
Hadisə3 May 21:10
6 gündür axtarışda olan Nigar tapıldı: Niyə qaçıbmış? - VİDEO