Dünya
Twitter”dən sərt addım
Dünyanın ən populyar sosial şəbəkə platformalarından olan
“Twitter” mikrobloqu son günlər bir sıra hesabları bağlamaq
məcburiyyətində qalıb.
Publika.az-ın məlumatına görə, “Twitter” mikrobloqunun rəhbərliyi
bundan sonra kibercinayətkarlara qarşı mübarizə aparacaqlarını və
bu istiqamətdə siyasətlərini daha sərt nümayiş etdirəcəklərini
açıqlayıb. Bu barədə “The Washington Post” qəzeti xəbər yayıb.
Avqustun 11-də intihar edən məşhur ABŞ aktyoru Robin Uilyamsın qızı
Zelda Uilyams kibercinayətkarlar tərəfindən hücumlara məruz qaldığı
üçün “Twitter” hesabını ləğv edib. Bildirilir ki, o, sosial
şəbəkədə atasının fotoredaktorun köməyilə hazırlanmış xoşagəlməz
bədən görüntüləri yayıldıqdan sonra bu qərara gəlib.
"Bu hadisəylə bağlı hüquq pozuntularının qarşısını almaq üçün bir
neçə hesab artıq bağlanıb. Hazırda biz gələcəkdə siyasətimizin daha
da təkmilləşdirilməsi imkanlarını öyrənirik ki, bu kimi hallar bir
daha baş verməsin" - deyə “Twitter”in təhlükəsizlik məsələləri üzrə
vitse-prezidenti Del Xarvi bildirib.
-
Magazin205:45
Bu ölkələr finala keçdilər
-
Hadisə05:15
Begemotlar turistlərə hücum etdi - Anbaan video
-
Avropa04:44
Keçmiş arvadını və qızını öldürən şəxs Almaniyada SAXLANILDI
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ