Dünya
Müdhiş iddia: “Türklər 5 İsrail agentini edam etdi”
İsrail kəşfiyyat təşkilatı MOSSAD-ın 5 agenti Türkiyəyə daxil olmaq istədi. Siyasi sui-qəsdləri hədəfləyən agentlər bir türk qrupu tərəfindən edam edildi.
Publika.az-ın verdiyi xəbərə görə, belə bir iddia ilə Türkiyənin
“Takvim” qəzeti çıxış edib.
“Avqustun 10-da keçirilən prezident seçkiləri öncəsi ölkəni
qarışdıracaq çox ciddi əməliyyatların keçirilməsi barədə təlimat
alan agentlər hərəkətə keçdi. Qlobal baronların işarəsi ilə İsrail
kəşfiyyat xidməti MOSSAD-ın nəzarət etdiyi mərkəz düyməni basdı.
Beş nəfərlik çox xüsusi sui-qəsd qrupu Türkiyəyə göndərildi.
Xüsusilə Türkiyədəki böyük şəhərlərdə əhəmiyyətli siyasi hədəfləri
olan 5 agent Suriya sərhədindən Hataya sızdı”, - “Takvim”
yazır.
Hataydan Qərb istiqamətinə yola çıxmağa hazırlaşan qrupun qarşısını Türkiyə kəşfiyyatının kəsdiyi bildirilir: “Qatillər şəbəkəsini addım-addım izləyən türk kəşfiyyatı beş nəfəri də sərhədin digər tərəfində edam etdi. Cəsədlərini isə gəldiyi yolun kənarına qoydu”.
Məlumata görə, İsraildə şok effekt yaradan bu hadisə ilə bağlı
MOSSAD-ın Təl-Əvivdəki mərkəzində fövqəladə toplantı keçirilib.
İsrailin casus ehtimalı üzərində dayandığı bildirilir.
Ömər Dağlı
-
Magazin113:49
Müğənninin oğlunun öldüyü qəzanın TƏFƏRRÜATI - FOTO/YENİLƏNDİ
-
Magazin113:01
Nərmin Edisin mahnısına elə rəqs etdi ki... - VİDEO
-
Ekologiya12:35
Sabahın havası: yağış, duman, qar...
-
İdman11:23
Bir oyunda 2 rekord: Messi heyrətləndirir – VİDEO
-
Nida Xəbər 11:00
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - AÇIQLAMA
-
Magazin109:00
Aygün Kazımovanın qızının yeni görüntüləri yayıldı - FOTO
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı