Dünya
NATO baş katibi Rusiyanı "təcavüzkar" adlandırdı
“Üzvlərimizi və dostlarımızı istənilən təhdidə qarşı qoruya biləcəyik"
NATO-nun baş katibi Anders Foq Rasmussen avqustun 14-15-də Norveç və Danimarkaya səfərləri zamanı NATO-nun möhkəmlənməsi və silahlı qüvvələrə daha çox investisiyaların qoyulması barədə müzakirə apardıqlarını bildirib.
APA-nın məlumatına görə, A. F. Rasmussen “Youtube”da yayımladığı videoyazıda son günlər Avropa ölkələrinə etdiyi səfərlərin sentyabr ayında baş tutacaq Uels sammitinə hazırlıq məqsədi daşıdığını qeyd edib.
Baş katib deyib ki, səfərlər çərçivəsində NATO-nun üzvləri və eləcə də tərəfdaşları arasında əməkdaşlığın möhkəmləndirilməsi əhəmiyyət kəsb edib: “Üzv ölkələrin hökumət rəhbərləri ilə görüşlər zamanı da qeyd etdim ki, bizim Uelsdə baş tutacaq sammitimiz NATO tarixində ən mühüm əhəmiyyət daşıyan hadisələrdən biridir. Biz bu sammitə ciddi hazırlaşmalıyıq. Bu istiqamətdə silahlı qüvvələrə investisiyaları artırmalı və təhlükəsizliyimizin təminatı üçün bir-birimizlə əlaqəli şəkildə işləməliyik. Rusiyanın Ukraynaya qarşı yürütdüyü təcavüzkar siyasət bizi təhlükəsizlik barədə bir daha düşünməyə vadar edir. NATO üzvləri bu məsuliyyəti anlamalı və alyansın daha möhkəm, daha güclü olması üçün əlindən gələni etməlidir. NATO-nun öz gücünü itirməyəcəyindən və daha da inkişaf edəcəyindən əminəm. Biz istənilən təhdidə qarşı öz üzvlərimizi və dostlarımızı qoruya biləcəyik”.
-
Magazin205:45
Bu ölkələr finala keçdilər
-
Hadisə05:15
Begemotlar turistlərə hücum etdi - Anbaan video
-
Avropa04:44
Keçmiş arvadını və qızını öldürən şəxs Almaniyada SAXLANILDI
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ