Dünya
Jirinovski imperatorluq təklif etdi: Putindən cavab
Rusiya Liberal Demokrat Partiyasının qalmaqallı lideri Vladimir Jirinovski ölkəsinin 13 il əvvəl ABŞ ilə deyil, Türkiyə və müsəlman ölkələri ilə əməkdaşlıq etməli olduğunu bildirib.
Axar.az xəbər verir ki, Krımda təşkil olunan və Prezidenti Vladimir Putinin də iştirak etdiyi Rusiya siyasi partiyalarının konfransında danışan Jirinovski Qərb ölkələrindən daha çox, müsəlman ölkələri ilə əməkdaşlığın vacib olduğunu bildirib. Onun sözlərinə görə, Qərb Rusiyanın dostu deyil:
“Rusiya həmişə Qərbə üz tutub. Amma Qərbdə bizim nə müttəfiqimiz, nə də dostumuz oldu. Cənuba, həm də barışla getmək lazımdır. Lenin doğru addım atdı: İlk dostluq əlaqələrini Türkiyə, İran və Əfqanıstanla qurdu”.
Jirinovskinin sözlərinə görə, 2001-ci ildə Putin iclas edən zaman hamı Qərbi dəstəkləyib:
“Hörmətli Putin 2001-ci ildə Nyu Yorkda terror aktı baş verəndə toplantı çağırdı. Nə etmək lazımdır deyə müzakirə etdiniz. Məndən başqa hamı Corc Buşla əməkdaşlığı təklif etdi. Mən isə əksinə, müsəlmanlarla əməkdaşlıq edilməsini təklif etdim. Bu gün də biz üzümüzü müsəlman dünyasına tutmuşuq. Misir, Ərdoğan Türkiyəsi və İran. 13 ilimizi də belə itirdik”.
Rus siyasətçi çıxışında Rusiyanın güclənməsi üçün imperatorluq sisteminə keçilməsi lazım olduğunu da bildirib. Lakin Putin bunun Jirinovskinin subyektiv fikri olduğunu, Rusiyanın yürütdüyü siyasətə uyğun olmadığını deyib.
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq