Dünya
Fətullah Gülən rəsmən dövlət düşmənidir
Milli Təhlükəsizlik Şurasının (MGK) dəyişməsi gündəm maddəsi olan terrorla mübarizənin “daxili və xarici təhlükəsizliyə təhdid” bölümünə gülənçilər də əlavə edilib.
Publika.az “Sözçü”yə istinadən xəbər verir ki, Türkiyənin 12-ci prezidenti seçilən R.T.Ərdoğan nitqlərində Fətullah Gülən və hərəkatına qarşı qətiyyətlə mübarizə aparacağını demişdi. Kəşfiyyat orqanlarının gülənçilərin nə dərəcədə təhlükəli olduğuna dair hazırladıqları hesabat MGK-ya təqdim edilib.
Avqustun 13-də MGK-nin son toplantısında təhlükənin terrorla mübarizə çərçivəsində müzakirə edilməsi qərara alınıb.
“Hürriyət”in xəbərinə görə, Ərdoğan sonuncu dəfə AKP-nin şəhər qərargah sədrlərinin toplantısı zamanı buna işarə edib: “MGK-də bununla (Gülən hərəkatını nəzərdə tutur – red) əlaqədar qərarımızı verdik”.
MGK bu qərardan sonra gülənçilərə çevrilişə cəhd edənlərə, qruplaşma yaradan terror təşkilatlarına mane olunması adı altında müdaxilə edəcək. Amma gülənçilər Qırmızı Kitab olaraq tanınan Milli Təhlükəsizlik Siyasət Sənədinə (MGSB) daxil edilməyəcək. MGSB sonuncu dəfə 2010-cu ilin oktyabrında yenilənib. Yeni təhdidlərə görə, 2015-ci ildə yenilənməsi gözlənilən MGSB-yə gülənçilərin daxil edilib-edilməyəcəyi gələn il məlum olacaq. Mövcud MGSB-nin terrorla mübarizə bölümündə dini istismar edən radikal dini, radikal sol təşkilatlar və PKK - təhdid ünsürləri arasında ilk sıralardadır.
Vüsal Tağı
-
Sağlamlıq06:46
Bir dəfəyə nə qədər kabab yemək olar? - Dietoloq LİMİT QOYDU
-
Magazin105:45
Sevinc Balidə belə dincəlir - FOTO
-
Dünya05:15
"Titanik"dəki ən varlı adamın saatı rekord qiymətə satıldı - FOTO
-
Kriminal03:43
Çayxana qan gölünə döndü: Muradova 13 bıçaq zərbəsi vuruldu
-
Sosial02:42
Azərbaycanda sabiq polis oğurladığı əşyaları sevgilisinə satdırırmış - VİDEO
-
Sosial01:11
Cəmiyyət açıq-saçıq geyinənlərə necə baxır?: “Bizə çox şey deyirlər, amma..." - VİDEO
-
Qoroskop00:05
Günün ULDUZ FALI: şəxsi münasibətlərdə problemlər ola bilər
-
Magazin127 Aprel 23:50
Xuramandan ŞOK ETİRAF: "Yoxsa onu öldürərdim"