Dünya
Bakıya 165 ölkədən 1200 nümayəndə gəlir
Azərbaycan 2017-ci ildə 41-ci dünya skaut konfransına və 13-cü dünya skaut gənclər forumuna ev sahibliyi edəcək.
Bu qərar Sloveniyada, 40-cı dünya skaut konfransında keçirilən səsvermə nəticəsində qəbul olunub. Bununla da dünya miqyaslı skaut tədbiri tarixdə ilk dəfə Avrasiya skaut regionunda keçiriləcək.
Sloveniyada keçirilmiş konfrans və foruma qatılan skautlarımız Azərbaycanı yüksək səviyyədə təmsil ediblər. Tədbirlər çərçivəsində ölkəmizin təbliği ilə bağlı Azərbaycan gecəsi təşkil olunub. Bundan başqa, ölkəmizin tarixi, adət-ənənələri, mədəniyyəti, eləcə də Azərbaycan Skautlar Assosiasiyası və namizədliklə bağlı xüsusi stend nümayiş etdirilib.
Assosiasiya tərəfindən 2017-ci ildə təşkil olunacaq konfrans və forum Azərbaycanın tarixində mühüm gənclər tədbirlərindən olacaq.
Tədbirlərdə 165 ölkədən 1200-dən artıq nümayəndənin iştirakı gözlənilir.
Xatırladaq ki, Azərbaycan Skautlar Assosiasiyası 1997-ci ildə təsis olunub. Əsas məqsədi gənclərin tərbiyə olunmasına, vətənpərvər, kamil və layiqli vətəndaş formalaşdırılmasına kömək göstərməkdir. 2000-ci ildə Ümumdünya Skaut Hərəkatı Təşkilatına tamhüquqlu üzv qəbul edilib.
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi