Poroşenko Putinlə görüşməyə razılaşdı
Bizi izləyin

Dünya

Poroşenko Putinlə görüşməyə razılaşdı

Ukrayna prezidenti Pyotr Poroşenko rusiyalı həmkarı Vladimir Putinlə görüşməyə razılaşıb.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, görüş 26 avqust tarixində Belarusun paytaxtı Minskdə baş tutacaq.

Həmin tarixdə Gömrük Şurasına üzv dövlət başçılarının sammiti keçiriləcək. Görüşdə Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Ketrin Eşton və energetika məsələləri üzrə komissar iştirak edəcək. Belarus və Qazaxıstan prezidentlərinin də qatılacağı görüşdə iqtisadi və siyasi məsələlər müzakirə olunacaq.

Bundan əvvəl isə Ukrayna prezidenti Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozunun dəvəti ilə 30 avqust tarixində Brüsselə gedəcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm