Dünya
Rusiya polisi onlarla qətl törətmiş məşhur killeri həbs etdi – FOTOLAR
Rusiya polisi 10 ildən artıqdır ki, beynəlxalq axtarışda olan litvalı killer Romas Zamolskisi həbs edib.
Publika.az “Kommersant” qəzetinə istinadən xəbər verir ki, Zamas ləqəbi ilə tanınan 44 yaşlı killer Yekaterinburq şəhərində saxlanılıb.
Məlumata görə, o, şəhərə yalnız bir günlük gəlibmiş. Əməliyyatçılar onun yerini müəyyən etdikdən sonra xüsusi təyinatlı polis dəstəsini çağırıblar.
Xüsusi təyinatlılar Zamasın avtomobilini mühasirəyə alıb. Həmin vaxt maşında killerin arvadı və kiçik yaşlı uşağı da olub.
İki metr boyu olan nəhəng Zamolskis təslim olmaq istəməyərək, bıçaqla polislərə hücum edib. Onu tapança ilə ayağından yaraladıqdan sonra zərərsizləşdirmək mümkün olub.
Kaunaş şəhərində doğulmuş Romas Zamolskis 10 ildən artıq idi ki, İnterpol xətti ilə axtarışda idi. O, 8 adamın qətlində şübhəli bilinir.
Ən hay-küylü cinayətini isə 1994-cü ildə törədib. Həmin vaxt Vilnüsdə bank qarət edərkən Zamas 3 polis və 3 inkasatoru güllələmişdi. Uzun illər polis onu axtarmış, cinayət ortaqlarını ələ keçirə bilmişdi. Yalnız Zamas hər dəfə aradan çıxa bilirdi.
Axırıncı dəfə o, Litvada 2001-ci ildə görünüb. Həmin vaxtı yol polisi Zamasın maşınını saxlayaraq sənədləri tələb etmişdi. Zamolskis isə onu güllələmişdi. Sonradan o, Rusiyaya, Urala köçüb, saxta sənədlərlə Çelyabinsk kəndlərinin birində Boltaçev adı altında yaşamışdı.
İstintaq litvalı killeri həmçinin 2003-dən 2011-ci ilədək Rusiya ərazisində 10-dan artıq sifarişli qətl törətməkdə şübhəli bilir.
İlqar Atabəyli
-
Magazin113:01
Nərmin Edisin mahnısına elə rəqs etdi ki... - VİDEO
-
Ekologiya12:35
Sabahın havası: yağış, duman, qar...
-
Magazin111:35
Azərbaycanda tanınmış müğənni ağır qəzaya düşdü: oğlu öldü - FOTO
-
İdman11:23
Bir oyunda 2 rekord: Messi heyrətləndirir – VİDEO
-
Nida Xəbər 11:00
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - AÇIQLAMA
-
Magazin109:00
Aygün Kazımovanın qızının yeni görüntüləri yayıldı - FOTO
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı