Dünya
Con Makkeyn: “Fəxr edirəm ki, Putin mənə qarşı...”
Amerikalı senator Con Makkeyn Gürcüstan hakimiyyətindən
narazılığını dilə gətirib.
Publika.az-ın verdiyi xəbərə görə, Makkeyn “Amerikanın səsi”
radiosuna müsahibəsində rəsmi Tiflisin Ukrayna hadisələri ilə
əlaqədar Moskvaya qarşı sərt mövqe nümayiş etdirməməsindən narahat
olduğunu bildirib.
“Məni Gürcüstanın Rusiya ilə yaxınlaşma ehtimalı narahat edir.
Hökumət Rusiyanın Şərqi Ukraynadakı hərəkətlərini pisləmədi. Bu
mənim üçün qəbuledilməzdir”, - Makkeyn qeyd edib.
Senator rəsmi Tiflisin bu davranışının ABŞ-Gürcüstan
münasibətlərinə təsir edəcəyini dilə gətirib.
Makkeyn Ukraynadakı prosesləri Amerika xarici siyasətinin
məğlubiyyəti olduğunu vurğulayıb.
“Biz iki il sonra Ukrayna və Avropaya ABŞ enerji resurslarının
ixracını təmin edəcək və Rusiya enerjisindən Avropanın asılılığını
azaldacaq plan hazırlamalıyıq. Biz həmçinin Vladimir Putini lazımı
şəkildə qiymətləndirməliyik. O, əslində kimdir? Rusiya imperiyasını
bərpa etməyi arzulayan Dövlət Təhlükəsizlik Komitəsinin polkovniki.
Fəxr edirəm ki, Putin mənə qarşı sanksiyaları qəbul edib”, -
Makkeyn bildirib.
Ömər Dağlı
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı
-
Hadisə3 May 21:10
6 gündür axtarışda olan Nigar tapıldı: Niyə qaçıbmış? - VİDEO