Dünya
İŞİD qadınları 17-26 dollara qul kimi satır - FOTO
İraqın şimalında yezidilərin kompakt yaşadığı bölgələrə hücum edən “İslam dövləti” təşkilatı nəzarətdə saxladıqları ərazilərdə girov götürdükləri yezidi və xristian qadınlarını hərraca çıxarır.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, artıq bunun üçün Mosul şəhərində bir neçə “qul bazarı”nın yaradıldığı bildirilir. Ərləri öldürülən yezidi qadınların terrorçular tərəfindən dəfələrlə zorlandığı və yalnız bundan sonra hərraca çıxarıldığı da bildirilir.
Kürdüstan parlamentinin qadın komitəsinin rəhbəri Evar İbrahim girov qadınların “17-26 dollar arasında qiymətə qul satıldığını” iddia edir. Kürdüstan xəbər agentliklərindən birinə girovluqdan zəng edə bilən yezidi qadın özünün və 200 həmcinsinin Şanqala şəhərində girov götürülərək Mosula gətirlidiyin bildirib.
“İslam dövləti”nin üzvləri hər gün həbsxanaya gələrək ən gözəl qızları öz əmirləri üçün seçir. Gündə 3-4 dəfə gəlirlər. Ən gözəl hesab etdikləri qızları seçib aparırlar. Onların çoxu göz yaşı içində geri qayıdır. Bir neçəsi intihar edib. Bizə yardım edin”, - adı təhlükəsizlik məqsədi ilə açıqlanmayan yezidi qadınlardan biri deyib.
Yerli hüquq müdafiəçilərinin məlumatına görə, girovlarım çoxu avqustun əvvəllərində “İslam dövləti”nin Şanqal bölgəsinə qəfil hücmu zamanı ələ keçirilib. O zaman terrorçular yezidi kəndlərinin kişi sakinlərini edam edib və 500 qadını özləri ilə girov aparıblar. Həmin qadınların qul bazarlarında hərraca çıxarıldığını sübut edən şəkil də sosial şəbəkələrdə yayılıb.
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı
-
Hadisə3 May 21:10
6 gündür axtarışda olan Nigar tapıldı: Niyə qaçıbmış? - VİDEO