Dünya
Bu 3 ölkə Ukraynaya yardım edəcək
ABŞ Dövlət Departamenti Latviya, Litva və Estoniyaya (NATO müttəfiqləri - red.) Amerika silahlarının Ukrayna silahlı qüvvələrinə verilməsinə icazə verib.
Publika.az xəbər verir ki, bu barədə “Politico” Dövlət Departamentindəki mənbəyə istinadən məlumat yayıb.
Məqalədə deyilir ki, Baltikyanı ölkələr son həftələr ərzində 3 sorğu təqdim ediblər, onlardan sonuncusu dünən təsdiqlənib.
Qəzet qeyd edir ki, Riqa, Vilnüs və Tallin Dövlət Departamentinin icazəsi olmadan Kiyevi silahlandırmağa başlaya bilməzdi. Çünki bu, ixraca nəzarət qaydalarını pozar.
Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden Amerikanın Ukraynaya göstərdiyi hərbi yardımı 600 milyon dollar həcmində qiymətləndirib.
Bundan əvvəl “İzvestiya” Qərbin hava resurslarının məlumatlarına istinadən yazırdı ki, cümə axşamı, yanvarın 20-nə keçən gecə Britaniya silahlı qüvvələrinə məxsus C-17A “Globemaster” III ağır hərbi-nəqliyyat təyyarəsi Kiyev yaxınlığındakı Borispol aerodromuna enib. Yanvarın 17-dən Böyük Britaniya Hərbi Hava Qüvvələri 8 belə uçuş təşkil edib. Ukrayna hərbçilərinə bir neçə min tank əleyhinə idarə olunan raketin tədarükü Böyük Britaniya müdafiə nazirinin müavini Ceyms Hippi tərəfindən təsdiqlənib.
Almaniya Müdafiə Nazirliyinin nümayəndəsi öz növbəsində bildirib ki, Almaniya ərazi münaqişəsi olan ölkələrə, xüsusən də Ukraynaya silah satışını qadağan etmək siyasətinə sadiq qalmağa davam edəcək.
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?
-
Sağlamlıq10:50
Təzə və ya köhnə olduğu bilinməyən çərəzlər: Bizi hansı təhlükə gözləyir?
-
Rəsmi xronika10:20
İlham Əliyev Almaniya prezidentinə başsağlığı verdi