Dünya
Səfir: ABŞ və Türkiyə həmişə birlikdə olacaq
Rusiyanın hərəkətləri təkcə Ukrayna üçün deyil, həm də Avropa, Türkiyə və beynəlxalq qaydalara əsaslanan nizam üçün təhlükədir.
Publika.az xəbər verir ki, bu barədə Amerika Birləşmiş Ştatlarının (ABŞ) Türkiyədəki səfir Cefri Fleyk deyib.
O qeyd edib ki, ABŞ Avropanın birliyini, transatlantik əlaqələrin və demokratik dövlətlərin, institutların möhkəmləndirilməsində müttəfiqlərinin yanındadır: “ABŞ və Türkiyə Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləməkdə qərarlıdır. Müttəfiqlərimiz və tərəfdaşlarımızla birlikdə biz Ukraynaya Rusiyanın ola biləcək təcavüzündən özünü müdafiə etmək səylərində kömək edəcəyik. Biz Türkiyənin bu böhrana diplomatik həll yolu tapmaqda qətiyyətini və səylərini, həmçinin, NATO-nun böhrana nümayiş etdirdiyi reaksiyaya verdiyi dəstəyi alqışlayırıq”.
Səfır əlavə edib ki, ABŞ və Türkiyə NATO müttəfiqləri kimi hər zaman yan-yana olacaq, dünyanın üzləşdiyi çətin problemlərinin öhdəsindən gəlmək üçün dialoq və diplomatiya yolu ilə getməyə davam edəcək.
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
































