Putin Makronla Ukraynanı müzakirə etdi
Bizi izləyin

Dünya

Putin Makronla Ukraynanı müzakirə etdi

Rusiya Prezidenti Vladimir Putinlə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

Publika.az xəbər verir ki, bu barədə Yelisey Sarayı məlumat yayıb.

Danışıqlar Paris vaxtı ilə saat 11:00-da (Bakı vaxtı ilə 14:00) başlayıb.

“Emmanuel Makron Moskvaya səfərindən bir neçə gün sonra yenidən rusiyalı həmkarı ilə əlaqə saxlayıb” - məlumatda qeyd olunub.

Fransa mətbuatının daha əvvəl xəbər verdiyi kimi, Fransa lideri Rusiya prezidenti ilə Ukrayna ətrafındakı vəziyyəti müzakirə etmək niyyətindədir.

Putin və Makron sonuncu dəfə fevralın 12-də telefonla danışıblar. Fevralın 7-də Fransa və Rusiya liderləri Kremldə üzbəüz görüşüblər, danışıqları 6 saatdan çox davam edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm