Kiyevə HÜCUM CƏHDİ: Ruslar xeyli itki verdi, kolonlar MƏHV EDİLDİ
Bizi izləyin

Dünya

Kiyevə HÜCUM CƏHDİ: Ruslar xeyli itki verdi, kolonlar MƏHV EDİLDİ

Fevralın 28-də günün əvvəlindən düşmən Kiyevin müdafiəsini yarmaq cəhdini davam etdirdi. Dəfələrlə rus qoşunlarının kolonnaları paytaxtın kənarına basqın etməyə cəhd edib.

Publika.az">Publika.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunları məlumat yayıb.

Düşmən qüvvələrinin bütün hərəkətlərinin nəzarətə götürüldüyü və vaxtında qərarların qəbul edildiyi qeyd edilir. Paytaxtda vəziyyət nəzarət altındadır.

"Rusiya işğalçı qüvvələrinin məqsədə çatmaq üçün bütün cəhdləri uğursuzluqla nəticələnib. İşğalçının texnikasının kolonnaları sıradan çıxarılıb. Düşmən xeyli şəxsi heyət itkisi verib. Rus qoşunları ruhdan düşüb, taqətdən düşüb. Biz evimizi çağırılmamış qonaqlardan qoruya biləcəyimizi göstərmişik. ”, - deyə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı, Kiyevin müdafiə komandanı, general-polkovnik Aleksandr Sırski bildirib.

Xatırladaq ki, fevralın 24-də Rusiya Ukraynaya hücum edib, indi Kiyev uğrunda şiddətli döyüşlər gedir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm