"SpaceX" daha 53 Starlink peykini orbitə buraxdı
Bizi izləyin

Dünya

"SpaceX" daha 53 Starlink peykini orbitə buraxdı

Falcon 9 daşıyıcı raketi şənbə günü 53 Starlink internet peykininin orbitə uğurlu buraxışını həyata keçirib.

Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın "SpaceX" şirkəti məlumat yayıb.

"53 Starlink peykinin orbitə buraxılması təsdiqlənib", – deyə şirkətin Twitter səhifəsində qeyd edilib.

Uçuş ABŞ-ın şərq sahili vaxtı ilə saat 00:42-də (Moskva vaxtı ilə 7:42-dəs) Kanaveral burnundakı kosmodromdan həyata keçirilib.

Xatırladaq ki, amerikalı iş adamı, "Tesla" və "Space X" şirkətinin rəhbəri İlon Mask Rusiyaya məxsus xəbər mənbələrini əngəlləməkdən imtina edib.

"Bəzi dövlətlər "Starlink"-dən Rusiyaya məxsus xəbər mənbələrini bloklamağı tələb edib. Biz bunu silah gücü olmasa etməyəcəyik", - Mask martın 5-də "Twitter" hesabında yazıb.

O qeyd edib ki, söz azadlığının mütləq tərəfdarıdır.

Starlink dünyanın istənilən nöqtəsində genişzolaqlı İnternetə çıxışı təmin etmək üçün nəzərdə tutulmuş növbəti nəsil peyk şəbəkəsidir. Layihə "SpaceX" şirkəti tərəfindən 2018-ci ilin fevralında istifadəyə verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm