Dünya
Kral narkotik qaçaqmalçılığı əməliyyatından “təmiz” çıxdı
İspaniya Mərakeş kralı VI Məhəmmədin olduğu yaxtada əməliyyat təşkil etdiyi üçün üzr istəmək məcburiyyətində qalıb.
Publika.az “Sabah” qəzetinə istinadən verdiyi məlumata görə, İspaniya Hərbi Dəniz Qüvvələri Ceuta sahillərində iki skuter və üç qayığı olan bir yaxtada narkotik qaçaqmalçılığı və insan alveri ilə bağlı əməliyyat keçirib.
Yaxtadakıların şəxsiyyətinin müəyyənləşdirilməsi zamanı isə göyərtəyə qalxan kral günəş eynəyini çıxararaq “siz mənim kim olduğumu bilirsinizmi?” deyib. Ancaq hüquq-mühafizə orqanları kralı tanımayıb.
Bundan sonra kral VII Məhəmməd İspaniya kralı Felipeyə zəng edib. Kral Felipe isə vəziyyəti Daxili İşlər Nazirliyinə çatdırıb. Baş verən böhrandan sonra Ceuta Mülki Mühafizə sədri Colonel Anders Lopez yaxtaya gedərək şəxsən kraldan üzr istəyib. Kral Məhəmməd də hüquq-mühafizə orqanlarının öz işlərini gördüyünü, burada heç bir problem olmadığını deyib.
Ancaq kral bununla bərabər polisin bu cür davranışı ilə ona qarşı hörmətsizlik etdiyini qeyd edərək Lopezə xəbərdarlıq edib.
Xatırladaq ki, İspaniya kralı Felipe və xanımı kraliça Letizia keçən ay ilk dəfə Mərakeşdə rəsmi səfərdə olub və kral Məhəmmədlə görüşüb.
Vüsal Tağı
-
Sosial16:57
Hava ilə bağlı xəbərdarlıq: mayın 5-i axşamdan 7-si səhərədək... -
-
Qarabağ 16:37
Kəlbəcərdə bədbəxt hadisə - Hərbçimiz həlak oldu
-
Magazin216:17
Acun Ilıcalıya ağır itki - FOTO
-
Elm və təhsil15:40
Bu şəxslərin diplomu tanınmadı
-
Nida Xəbər 14:58
Vilayət Eyvazov bu generalı özünə müşavir təyin etdi - FOTO
-
Magazin114:02
Hamını aldadıblarmış... - Qızı Təranəni ifşa etdi
-
Hadisə13:30
Bakıda kişi sevdiyi qıza görə küçədə özünə OD VURDU - VİDEO
-
Kriminal12:41
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: daha bir nəfər saxlanıldı