Dünya
“Putin prezidentimizi bu məqsədlə öldürdü” - Şok
”Lex Kaçinskini Putin öldürüb, məqsədi Ukraynaya hücum etmək olub”.
Axar.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, belə bəyanatla Polşanın sabiq Xarici İşlər naziri, sözügedən ölkənin Əks-kəşfiyyat Xidmətinin keçmiş rəhbəri və Smolenskdə Polşa Prezidenti lex kaçinskinin ölümü ilə nəticələnən təyyarə qəzasının araşdırılması üzrə Parlament Komissiyasının sədri Antoni Maçereviç çıxış edib.
Onun sözlərinə görə, vaxtında Polşanın mərhum prezidenti Lex Kaçinskinin dediklərinə qulaq asıb, əməl edilsəydi, indi dünya Ukrayna konflikti ilə üz-üzə qalmazdı. O, Rıbnik şəhərindəki çıxışında 10 aprel 2010-cu il tarixində Smolensk yaxınlığında qəzaya uğrayan təyyarə ilə bağlı bəzi qaranlıq məqamlara da aydınlıq gətirib:
“Rusiyanın işğalçı hərəkətləri heç kimi təəccübləndirməməlidir. Smolenskdə Polşa elitası ona görə məhv edildi ki, Putin Ukraynaya hücuma hazırlaşırdı. Təəssüf ki, bizim bəzi siyasətçilər bunu görmürlər. “Kaçinski işi”ni dəstəkləmək əvəzinə, onlar hətta qəzanın araşdırılmasını da “qayğıkeş” KQB zabitinin (Putin nəzərdə tutulur – Red.) əlinə verdilər. Əminəm ki, vaxtında Kaçinskinin dediklərinə diqqət yetirilsəydi, dünya Ukraynada baş verənlərə şahidlik etməzdi. Ukrayna kontekstindən baxsaq, Polşanın hazırkı iqtidarının həyata keçirdiyi siyasət ölkənin mövcudluğuna ciddi təhlükə yaradır”.
Maçereviç daha sonra Rusiyanın “Ria Novosti” informasiya agentliyi tərəfindən hazırlanan və qəza günü efirə verilmiş video-süjeti də nümayiş etdirərək, Putinin niyyətlərinə aydınlıq gətirib:
“Dəfələrlə eşitmişik ki, təyyarə qəzası zamanı hər hansı partlayış olmayıb, pilotlar özlərini və prezidentlərini öldürmək istəyiblər. Bu videonu mənə yarım il əvvəl təqdim ediblər. İki ay bundan öncə isə Putin nəhəng “Ria-Novosti” informasiya agentliyini buraxdı və 2 min əməkdaşı işdən qovdu. Düşünürəm ki, bu mənə görə baş vermədi. Hər halda, yəqin onun bu addımı müəyyən mətləblərdən xəbər verir”.
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq