Dünya
"Ebola" virusu qadağaya səbəb oldu
Senatda əl verib görüşmək qadağan edilib.
ANS PRESS-in məlumatına görə, Konqo Demokratik Xalq Respublikasında
senat üzvlərinə yollanan fərmanda Ebola virusunun yayılmasına mane
olmaq məqsədilə əl verib görüşməkdən imtina edilməsi tələb
olunub.
Son olaraq Seneqalda da virusun aşkar edilməsi, digər Afrika
ölkələrini də qorxuya salıb. Artıq qitənin 5 ölkəsində virus
daşıyıcıları var.
Virus – tər, qan, tüpürcək yolu ilə yayılır. Virusun qarşısını
almaq üçün heç bir vaksin mövcud deyil. Xəstəliyin
simptomlarıqızdırma, baş ağrısı, qusma və ishaldır. Bəzi insanlarda
göz, qulaq və burun qanaxmaları müşahidə edilir.
Keçmişdə bu virusun yayılması 2012-ci ildə qeydə alınıb ki, həmin
vaxt Uqanda və Konqoda 57 nəfər ölüb. 2007-ci ildə isə Konqoda
virus 187 nəfərin həyatına son qoyub.
Dünya Səhiyyə Təşkilatının məlumatına görə, artıq bu dəhşətli
xəstəlikdən 500-dən çox insan dünyasını dəyişib, 3 minə yaxın insan
virus daşıyıcısıdır. Təşkilatın ehtimallarına görə, simptomları
kəskin maliyariya bənzəyən bu xəstəliyə yaxın zamanda 20 min insan
yoluxa bilər.
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi