Dünya
Ərdoğandan ilk müsahibə: “Onun getməsinə mane oldum”
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu postda ilk müsahibəsini verib.
Publika.az-ın verdiyi xəbərə görə, Ərdoğan Qətərin “Əl-Cəzirə” kanalına müsahibəsində baş nazir Əhməd Davudoğlunun bir vaxtlar universitetə qayıtmaq istədiyini, “bundan sonra sizi çox fərqli vəzifələr gözləyəcək” deyərək buna mane olduğunu bildirib.
Türkiyə prezidenti keçmiş dövlət başçısı Abdullah Gül ilə münasibətlərin soyuq olduğu barədə deyilənləri də dəyərləndirib.
“Abdullah Gül xarici işlər naziri olduğu və prezidentliyinə namizəd göstərdiyimiz zaman aramızda münasibətlər necə idisə, hazırda da eyni şəkildədir. Təbii ki, partiyamızın daxilinə fitnə soxmaq istəyənlər 7 illik prezidentlik dövründə Abdullah bəylə mənim, eyni zamanda xanımlarımız arasında soyuqluq yaratmaq istədilər. Amma onların planları heç bir zaman tutmadı”, - Ərdoğan deyib.
Ömər Dağlı
-
Magazin104:44
Dilarə Əliyeva: "14 il keçib hələ də bir insanla küsülüyəm" - VİDEO
-
Hadisə04:14
"Canavar gördüm" deyən 3 yaşlı qızın otağından görün nə çıxdı
-
Art03:43
"Arşın mal alan" filmi ilə bağlı nadir fotolar üzə çıxdı - VİDEO
-
Avropa02:42
Qrimm qardaşlarına məxsus "XƏZİNƏ" TAPILDI: indiyədək heç kimin...
-
Sosial02:12
Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT OLDU
-
Qoroskop00:15
Günün ULDUZ FALI: yeni plan peyda olacaq
-
Magazin100:07
Azərbaycanlı müğənni evində ölü tapıldı - FOTO
-
Sosial30 Aprel 23:24
Bakıda qeyri-adi oğurluq - Qadın götürdüyü pulları görün harada gizlətdi