Dünya
Polyanski BƏYAN ETDİ: Rusiya nüvə silahından bu halda istifadə edəcək
"Rusiyanın nüvə doktrinasında ölkə üçün ekzistensial təhlükə yaranarsa, nüvə silahından istifadə imkanları nəzərdə tutulur".
Publika.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski cümə axşamı Britaniyanın "Unherd News" internet nəşrinə müsahibəsində bildirib.
"Mən diplomatam, hərbçi deyiləm, nüvə strategiyasının həyata keçirilməsi ilə bağlı qərarlar verən dairələrdə deyiləm. Amma deyə bilərəm ki, bizim nüvə silahımız var və Rusiya üçün ekzistensial təhlükə yaranarsa, onlardan istifadə edə biləcəyimizə tam əminəm”, - deyə o bildirib.
"Ekzistensial təhlükə" termininin nə demək olduğu barədə aydınlaşdırıcı suala Polyanski cavab verib ki, ekzistensial təhlükəni təyin edən o deyil.
"Mən hərbçi deyiləm, belə nəticə çıxarmaq mənim işim deyil. Ancaq düşünürəm ki, əgər siz nüvə dövlətini təhdid edirsinizsə, o zaman masada olan bütün variantları nəzərdən keçirməlisiniz", - o əlavə edib.
-
Magazin205:45
Sevgili olduqları deyilirdi: Buse Meraldan Aras Bulutla bağlı AÇIQLAMA
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...