Dünya
"Marriott" otellər şəbəkəsi də Rusiyanı tərk etdi
Beynəlxalq otellər şəbəkəsi Marriott Rusiya bazarından çıxışını elan edib.
Publika.az-ın məlumatına görə, bu barədə şirkətin vebsəhifəsində məlumat verilib.
Şəbəkənin ölkədəki fəaliyyətinin dayandırılmasına səbəb kimi Ukraynanın işğalı ilə əlaqədar Avropa İttifaqı, ABŞ və Böyük Britaniyanın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar göstərilir. Şirkət ölkədə fəaliyyətini davam etdirməyin qeyri-mümkün olduğunu bildirir.
Şirkətin vebəsifəsində verilən məlumatına görə, müharibə başlayandan bəri münaqişə zonasında qalmış işçilər və onların ailə üzvlərinə dəstək məqsədilə 1 milyon dollar, habelə Ukraynadan olan qaçqınları yerləşdirməsini təmin edən 85-dən çox otelin təchizatı üçün 2,7 milyon dollar yönəldilib. Marriott şəbəkəsi Rusiyada 25 il fəaliyyət göstərib.
Martın əvvəlində şirkət Moskvadakı ofisini bağladığını, investisiyaların və Rusiyada yeni otellər açılışının dayandırdığını elan etdi. Hilton və Hyatt otel şəbəkələri də eyni qərarı verib.
Yale İdarəetmə Məktəbinin məlumatına görə, Ukraynada müharibə başlayandan bəri 1000-ə yaxın xarici şirkət Rusiyanı tərk edəcəklərini və ya ölkədə fəaliyyətlərini məhdudlaşdıracaqlarını bəyan ediblər.
-
Magazin122:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
Region21:39
Ermənistanda Azərbaycana işləyən “casus”a bu cəza verildi
-
Art21:27
33 ilin direktoru işdən azad edildi
-
Sağlamlıq20:25
Restoranların təklif etdiyi ucuz setlər təhlükə saçır?
-
Nida Xəbər 19:05
Qazaxın azad olunan dörd kəndi belə qorunur - Foto
-
Magazin218:55
Bu məşhurların fəxri adları əllərindən alındı
-
İdman18:25
Türkiyə klubunun baş məşqçisi öldürüldü
-
Dünya16:54
Türkiyəli müəllimdən Azərbaycanla bağlı təsirli addım: Bayrağımızı... - VİDEO