Tbilisidə deputat hücuma məruz qaldı
Bizi izləyin

Dünya

Tbilisidə deputat hücuma məruz qaldı

Tbilisinin Rustaveli prospektində parlamentin üzvü, Xatuna Samnidze və siyasətçi Davit Berdzenişvili hücuma məruz qalıblar.

Publika.az">Publika.az yerli KİV-ə istinadla xəbər verir ki, deputat X.Samnidze həm sözlü həm də fiziki hücuma məruz qaldıqlarını vurğulayıb.

Hadisə yerinə dərhal polis çağıran deputat əlavə edib ki, baş verən hadisə siyasi məqsədlə edilən hücum olub.

Faktla bağlı Daxili İşlər Nazirliyi cinayət məcəlləsinin 126-cı maddəsi əsasında istintaq başladıb.

DİN-dən verilən açıqlamaya görə, faktla bağlı bir nəfər saxlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm