Dünya
Rusiya əsgər məzarları üçün Ukraynada torpaq tələb edir
Rusiya ordusunun nümayəndələri Luqanskda həlak olanların dəfn olunması üçün yer ayırmağı tələb edirlər.
Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə Hərbi-siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri, “İnformasiya müqaviməti” qrupunun koordinatoru Dmitri Tımçuk “facebook” səhifəsində bildirib.
Xatırladaq ki, bir neçə gün əvvəl Pskov vilayətinin “Yabloko” Partiyasından seçilən deputatı Lev Şlosberq Rusiya ordusunun Ukraynada ölən hərbçilərinin ölkənin ucqar kəndlərinin birində gizli şəkildə dəfn olunduğunu iddia etmişdi. Bundan sonra isə L.Şlosberqin Moskvada vəhşicəsinə döyülmüşdü.
Məxfililiyin saxlanılması üçün rus hərbçilərinin məzarlarına fotoları da vurulmayıb. Deputatın bu açıqlamasından sonra informasiyanın həqiqiliyini araşdırmaq məqsədilə qəbiristanlığa media nümayəndələri də gedərək, oradan reportaj hazırlamağa cəhd ediblər. Lakin özlərini təqdim etməyən bir qrup şəxs buna imkan verməyib. Hətta bəzi jurnalistlər döyülüb.
Rusiyada fəaliyyət göstərən Əsgər Anaları Komitəsi övladlarının Ukraynada döyüşlərə aparıldığını və artıq yüzlərlə hərbçinin öldüyünü iddia edirlər.
D.Tımçuk hesab edir ki, rus əsgərlərinin cənazələrini ölkəsinə aparmaqdan çəkinən Rusiya hökuməti onların məhz Ukrayna torpaqlarında dəfn edilməsinə üstünlük verir.
Ömər Dağlı
-
Magazin119:40
Rəqqasə Fatiməni məhkəməyə verdilər
-
Elm və təhsil19:30
Azərbaycanda məmur bu əməlinə görə İŞDƏN QOVULDU
-
Hadisə19:15
Bakı metrosunda sərnişin öldü
-
Kriminal18:36
İçki məclisi QANLA BİTDİ: Seyfullayev qətlə yetirildi
-
İdman18:24
Klopp və Salah arasında dava düşdü - VİDEO
-
Qoroskop17:18
Bürclər üçün gözlənilən xəbər: Önümüzdəki 4 ay boyunca...
-
Qarabağ 16:38
Sühməramlılar bu tarixə qədər Qarabağı tam tərk edəcək
-
Sosial15:57
Azərbaycanda özünün xəbəri olmadan “şirkəti” olanlar: Vətəndaşı necə aldadırlar?