Miqrantların kütləvi davası atışmaya çevrildi - VİDEO
Bizi izləyin

Dünya

Miqrantların kütləvi davası atışmaya çevrildi - VİDEO

Moskva vilayətinin Putilkovo şəhərində miqrantlar arasında kütləvi dava olub, daha sonra atışmaya çevrilib.

Publika.az">Publika.az xəbər verir ki, müvafiq məlumatı təsdiqləyən videogörüntüləri münaqişəni pəncərədən izləyən hadisə şahidləri paylaşıblar.

Yerli sakinlər tərəfindən internetdə yayılan videoda məlum olub ki, işçilər bir-birinə çubuq və butulka atıblar. Ərazidə atışma səsləri də eşidilib.

Tezliklə hadisə yerinə polis əməkdaşları və tibb işçiləri gəlib. Hazırda zərərçəkənlər barədə məlumat yoxdur. Hadisə şahidlərinin sözlərinə görə, atışmaya səbəb iş sferasının bölünməsi olub - miqrantlar təmir aparılmalı olan məntəqələrdən birini ayıra bilməyiblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm