"Suriyalı qaçqınları ölkədən göndərəcəyik" - Mikati
Bizi izləyin

Dünya

"Suriyalı qaçqınları ölkədən göndərəcəyik" - Mikati

Livan Nazirlər Şurasında ölkədəki böhranla mübarizədə izlənəcək yol xəritəsini müzakirə etmək üçün toplantı keçirilib.
Publika.az bunu xarici KİV-lərə istinadən xəbər verir.
Görüşdən sonra mətbuata açıqlama verən Baş nazir Mikati bildirib ki, 2019-cu ildən bəri davam edən iqtisadi böhran səbəbindən Livan xalqı çox çətin bir prosesdən keçir. 
Livanlıların 85 faizinin yoxsulluq həddində yaşadığını qeyd edən Mikati artıq qaçqın yükünü daşımaq imkanlarının olmadığını vurğulayıb: 
"Livandakı suriyalı qaçqınların ölkələrinə qayıtması üçün beynəlxalq ictimaiyyəti dəstəkləməyə çağırırıq. Əks təqdirdə, Livan Qərb ölkələrinin arzulamadığı davranış göstərəcək və suriyalıları ölkədən çıxaracağıq".
Qeyd edək ki, BMT-nin məlumatına görə, Livanda 850 min suriyalı qaçqın qeydiyyatdadır. Livan hökuməti isə bu rəqəmin 1,5 milyon civarında olduğunu bildirir.
Oxumağa davam et
Reklam
Reklam

Gündəm