Dünya
Ermənilər etiraf etdi: “Qırx dörd ştatın qərarı da heç nəyi dəyişdirməyəcək”
“ABŞ-ın 44 ştatı da Dağlıq Qarabağın müstəqilliyini
tanısa, bu hüququ cəhətdən heç nəyi dəyişməyəcək”.
Publika.az xəbər verir ki, bu sözləri Qafqaz İnstitutunun direktoru, erməni politoloq Aleksandr İskəndəryan ABŞ-ın Kaliforniya ştatının Senatı tərəfindən qondarma “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyinin tanınmasına münasibət bildirərkən deyib.
O, Kaliforniya ştatının tanınma qərarının heç bir hüquqi əsasının
olmadığını bildirib.
“ABŞ konstitusiyasında belə bir müstəsna hüquq yoxdur. Bu, sadəcə
olaraq, erməni lobbisinin Kaliforniyada güclü olmasından
qaynaqlanan qərardır. Hətta ABŞ-ın 44 ştat belə bu qərarı qəbul
etsə, yenə də heç nə dəyişməyəcək”, - deyə erməni politoloq etiraf
edib.
Qeyd edək ki, ermənilər Kaliforniya ştatının bu qərəzli, ədalətsiz
qərarından çox ruhlanmışdılar. Lakin özlərinin də etiraf etdiyi
kimi, burada əsas rolu erməni lobbisi oynayır və Kaliforniya
Senatının qəbul etdiyi qərar hüququ müstəvidə heç nəyi dəyişdirmir.
ABŞ Minsk qrupunun həmsədr ölkəsi kimi Azərbaycanın ərazi
bütövlüyün tanıyır.
Azərbaycan Xarici İşlər Nazirliyi isə sözügedən qərarın adi kağız parçasından başqa bir şey olmadığını bəyan edib.
Asif
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?