Dünya
İŞİD terror qruplaşması barədə cizgi filmi - VİDEO
FaktXəbər-in verdiyi məlumata görə, Livanda yumor verilişlərinin rejissoru olaraq tanınan Nabil Assəf son dövrlərdə Yaxın Şərq ölkələrində islam adına ləkə gətirərək, terror aktları və dəhşətli cinayətlər törədən İŞİD terror qruplaşmasını lağa qoyub. Belə ki, terrorçular ərəb kanallarında uğur qazandıqdan sonra sosial şəbəkələrdə geniş paylaşılan cizgi filminin qəhrəmanına çevriliblər. Cizgi filmində İraqa doğru raket atmaq istəyən yöndəmsiz döyüşçü öz komandirini vurur və daşınan zenit raket kompleksi ilə onun ayağını yaralayır. Qeyd edək ki, son zamanlar Yaxın Şərq ölkələrində İslam adı ilə terror törədənlərlə bağlı çoxlu satirik proqramlar hazırlanır. «İŞİD döyüşçüləri İslamı düzgün tanıtdırmırlar, bu səbəbdən onları lağa qoyaraq, ekstremizmə qarşı çıxdığımızı bəyan edirik», deyə Livanın satirik Ktir Salbe Show verilişinin prodüseri Nabil Assəf bildirib. Yeri gəlmişkən, şouların birində taksiyə minən terrorçu radioya qulaq asmaqdan imtina edir və bildirir ki, «İslam yaranan zaman radio mövcud deyildi». Bu səbəbdən döyüşçü kondisioneri də söndürtdürür və sürücünü də mobil telefonuna görə tənqid edir. Bundan sonra əsəbiləşən sürücü ondan soruşur ki, qədim dövrlərdə taksi də olubmu? Döyüşçü: «Yox, min dəfə yox!» deyə cavab verir. Bu zaman sürücü taksini saxlayaraq terrorçunu düşürdür və dəvə gözləməsini təklif edir. |
Faktxeber.com
-
Sosial11:35
Bakıda yanan TIR-da yatan sürücü son anda XİLAS EDİLDİ - VİDEO
-
Cənubi Qafqaz09:50
Paşinyan 1000-dən çox xüsusi təyinatlını sərhədimizə göndərdi - Nə baş verir?
-
Hadisə09:35
Tanınmış aşığın gəlini evdən qaçdı - VİDEO
-
Nida Xəbər 09:30
Ermənistan polisi Azərbaycanla sərhəddə xüsusi əməliyyat keçirir - Saxlanılanlar var
-
Hadisə09:18
Əri tərəfindən başı kəsilən Sevincin toy görüntüləri - VİDEO
-
Magazin208:45
18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” ETİRAFI - VİDEO
-
Ekologiya08:30
Bakıda küləkli hava nə vaxtadək davam edəcək?
-
Nəqliyyat08:25
Bu yolda avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu