Dünya
Separatçılar Mariupolu tuta bilmədilər (VİDEO)
Rusiya yönümlü qüvvələrin Ukraynanın ən iri liman şəhəri
olan Mariupolda nəzarəti ələ alması təhlükəsi sovuşub.
ANS TV-nin məlumatına görə, şəhərin şərq hissəsində rusiya yönümlü
qüvvələrin qarşısını almaq üçün tanklardan ibarət barikadalar quran
Ukrayna hərbi qüvvələri, şəhər ətrafında səngərlər qazıblar.
Bu arada, Rusiya prezidenti Vladimir Putinin “Kiyevi almağa hazır
olduğuna” dair bəyanat verməsi haqqında məlumatların doğru olmadığı
məlum olub. Putinin müşaviri Yuri Uşakovun açıqlamasına görə,
Putinin guya bu bəyanatı verməsi iddiası sadəcə Avropa
Komissiyasının sədri Joze Manyel Barrozunun təhrifidir.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə "Ukraynadakı
vəziyyətə ABŞ öz təsirini göstərərək düzəldə bilər" deyib. Onun
sözlərinə görə, Kiyevdə indi
“sülh partiyası” ilə “müharibə partiyası” mübarizə aparır.
Rusiya xarici işlər naziri Sergey Lavrovun sözlərinə görə, “süh
partiyası” Ukraynanın üzləşdiyi vəziyyətdə danışıqlarla həll yolunu
tapmağa cəhd göstərir:
“Eyni zamanda Kiyevdə müharibə partiyası da fəaliyyət göstərir və
bu cəhdlərin qarşısını almağa çalışır. Kiyevdəki bu partiyanın
qarşısını almaq vacibdir və bunu yalnız ABŞ edə bilər”.
Lavrov ötən gün Minskdə danışıqları zamanı Donetsk və Luqanskdva
döyüşən silahlıların nümayəndələrini iştirak etməsini alqışlayaraq
bunun ilk dəfə baş verdiyini və bu cür danışıqların davam etməli
olduğunu bildirib.
-
Magazin120:00
Pərvin Abıyeva mini ətəkdə - FOTOLAR
-
Sosial19:24
İki yaşayış məntəqəsi QASIZ QALACAQ
-
Nəqliyyat19:12
Yüksək vəzifədən azad edilən Zaur Hüseynovdan İLK AÇIQLAMA
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər