Dünya
910 yaraqlı öldürüldü: 6 şəhər terrorçulardan təmizlənib
Pakistanda Taliban terror təşkilatına qarşı davam edən hərbi əməliyyatlar çərçivəsində bu yay, ən azı, 910 yaraqlı öldürüldüyü bildirilib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Pakistan silahlı qüvvələrinin iyunun 15-də ölkənin şimalındakı Vəziristanda yerli və xarici yaraqlılara qarşı başladığı geniştərkibli “Zarb-e Azb” adlı əməliyyatı davam edir.
Ordunun mətbuat xidmətindən verilən yazılı açıqlamada yaraqlıların qalası olaraq tanınan Miranşah, Mirəli, Datta, Khel, Boya və Dəgan kimi şəhərlərin yaraqlılardan təmizləndiyi bildirilib.
Hüquq mühafizə orqanlarının havadan və qurudan təşkil etdiyi hücumlar nəticəsində, ən azı, 910 yaraqlının öldüyü, bombalı hücum və yaraqlılarla toqquşma nəticəsində 82 əsgərin də həlak olduğu qeyd edilib. Həmçinin yaraqlılara aid partlayıcı maddə və raket istehsal edilən binaların da yerlə-yeksan edildiyi bildirilib. Açıqlamada çoxlu sayda silah-sursatla bərabər rabitə cihazlarının da ələ keçirildiyi açıqlanıb.
Xatırladaq ki, Taliban yaraqlıları iyunun 8-də Kəraçi Beynəlxalq Hava Limanına basqın təşkil etmişdi. Nəticədə, aralarında hüquq-mühafizə orqanlarının əməkdaşları da olmaqla 29 nəfər həlak olmuşdu. Hadisədə 10 yaraqlıdan 7-si öldürülsə də, 3 nəfər üzərindəki bombanı partladaraq intihar etmişdi.
Məhz bu terror-aktından sonra Pakistan ordusu yaraqlıların qalası olaraq tanınan Vəziristan bölgəsində “Zarb-e Azb” adlı genişmiqyaslı əməliyyat təşkil edib.
Vüsal Tağı
-
Hadisə15:00
Kəlbəcərdə dəhşətli hadisə: ölən var
-
Pul14:40
Bu qərar mayın 2-dən qüvvəyə minir: Kredit faizləri azalacaq?
-
ABŞ14:05
ABŞ-dan gözlənilməz açıqlama: Rusiya ilə müharibə...
-
Cənubi Qafqaz13:01
Paşinyan sərhədimizə ordu göndərdi: Səhər saatlarında hərəkətə keçiblər
-
Sosial12:38
Ramin Məmmədov deputat mandatından məhrum edilir
-
Rəsmi xronika12:05
İlham Əliyev qəbul keçirdi
-
Rəsmi xronika11:10
Biz buna imkan verə bilmərik - Prezident
-
Hadisə09:46
Rövşən Rzayev vəfat etdi - FOTO