Dünya
Separatçılardan son həmlə: Donetsk aeroportuna növbəti hücum başladı
Otən geçə Donetsk şəhər aeroportu uğrunda Ukrayna antiterror qüvvələri ilə separatçılar arasında şiddətli döyüşlər gedib.
Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, separatçılar hazırda Ukrayna desantçılarının nəzarətində olan Donetsk aeroportuna növbəti hücumu həyata keçiriblər.
Məlumata görə, antiterror güclərinin mövqeləri separatçılar tərəfindən minaatanlar və artilleriyadan atəşə tutulub. Kəşfiyyatçılar isə bu gün cənub-şərq tərəfindən Donetskə iki ədəd “Qrad” reaktiv yaylım atəşinin daxil olduğunu bildirib.
Aeroport uğrunda gedən döyüşlərdə Rusiya ordusunun 7 hərbi qulluqçusunun tutulduğu bildirilir. Tutulanlardan biri zabit-topçudur.
Qeyd edək ki, bu gün üçtərəfli əlaqə qrupunun Minskdə keçirilən toplantısından öncə hər iki tərəfdən hərbi əməliyyatların dayandırılacağı gözlənilir. Dünən Ukraynanın şərqində yaradılan “Donetsk Xalq Respublikası” (“DXR”) və “Luqansk Xalq Respublikası” (“LXR”) separatçı qurumları sülh planını açıqlayıb.
Plana görə, 5 sentyabr tarixində yerli vaxtla saat 15:00-da atəşkəs rejimi tətbiq olunur və qondarma qurumların hava məkanı döyüş aviasiyasının uçuşları üçün bağlanır. Separatçı qurumlar atəşkəs şərtlərinə nəzarət funksiyasını ATƏT-in nümayəndələrinə verməyi təklif edir. Planda həmçinin yaradılacaq təhlükəsizlik zonasının 5 sektora bölünməsi, sektorların hər birində 3-4 stasionar və 2-3 postun qurulmasını, hər postda isə 40 nəfərin yerləşdirilməsi nəzərdə tutulur. Plana görə, 7 sentyabr saat 10:00-dan qaçqınların hərəkəti və humanitar yüklərin çatdırılması üçün humanitar dəhlizləri açılmalıdır.
Müşahidəçilər qeyd edirlər ki, sözügedən təklifləri 3 sentyabr tarixində Rusiya Federasiyası prezidenti Vladimir Putinin elan etdiyi plana uyğun gəlir.
Bundan əvvəl isə yayılan xəbərə görə, Ukrayna prezidenti Pyotr Poroşenko atəşin dayandırılması ilə bağlı sabah əmr verəcək.
Donetsk aeroportu uğrunda gedən döyüşlər isə onu deməyə əsas verir ki, separatçılar atəşkəs öncəsi Ukraynanın şərqində yerləşən əsas strateji obyektlərdən birini ələ keçirmək istəyir.
Ömər Dağlı
-
Hadisə13:30
Bakıda kişi sevdiyi qıza görə küçədə özünə OD VURDU - VİDEO
-
Kriminal12:41
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: daha bir nəfər saxlanıldı
-
Dünya12:01
İngiltərə Ukraynaya “yaşıl işıq” yandırdı: Bizim silahlarla Rusiyanı vur
-
Nida Xəbər 11:04
Bu xəstəxananın vəzifəli şəxsləri SAXLANILDI - Görün nə qədər vəsait mənimsəyiblər
-
Magazin109:51
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan etiraf
-
Cənubi Qafqaz09:21
İrəvan Almatıda Bakıya təslim olacaq – Ermənistanda nədən qorxurlar? - VİDEO
-
İdman09:00
Ronaldo ilk futbol klubunu 117 milyon dollara SATDI
-
Sosial07:17
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ