“Netflix” Notr-Damdakı yanğına həsr olunan serial çəkdi
Bizi izləyin

Dünya

“Netflix” Notr-Damdakı yanğına həsr olunan serial çəkdi

“Netflix” kinostudiyası 2019-cu ildə Parisdəki Notr-Dam kilsəsində baş vermiş yanğına həsr olunan çoxseriyalı filmi ekranlara çıxaracaq.

Publika.az "Collider" əyləncə saytına istinadla xəbər verir ki, fransız dilində lentə alınan “Notr-Dam” adlı mini-serialda kilsədəki yanğının söndürülməsində iştirak edən iki yanğınsöndürənin həyatından bəhs olunur.

Çoxseriyalı bədii film bu ilin oktyabr ayında kinostudiyanın platformasına yerləşdiriləcək. Erve Hadmarın rejissoru olduğu filmdə baş rollarda fransız aktyorları Kerolayn Prust, Saymon Abkarian, Sandor Funtek və Korenten Fila çəkilib.

Xatırladaq ki, 2019-cu il aprelin 15-də şiddətli yanğına məruz qalmış Notr-Dam kilsəsi 2024-cü ildə qapılarını ziyarətçilərə yenidən açacaq. Kilsənin yenidən qurulması üçün milyard avro toplanıb. O vaxt Fransa Prezidenti Emmanuel Makron bildirmişdi ki, Notr-Dam beş il ərzində bərpa olunacaq, lakin bəzi ekspertlər buna on ildən çox vaxt lazım gələcəyini ehtimal edirdilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm