Cənubi Koreyada CİDDİ HAZIRLIQ: Pxenyan sualtı qayıqdan... - YENİLƏNDİ
Bizi izləyin

Dünya

Cənubi Koreyada CİDDİ HAZIRLIQ: Pxenyan sualtı qayıqdan... - YENİLƏNDİ

Şimali Koreya Şərq dənizi istiqamətində ballistik raket buraxıb.

Publika.az xəbər verir ki, bu barədə Koreya Respublikasının Qərargah Rəhbərləri Komitəsinə istinadən "Yonhap" agentliyi məlumat yayıb.

"Şimali Koreya Şərq dənizi istiqamətində naməlum ballistik raket buraxıb", - deyə Qərargah Rəhbərləri Komitəsindən bildirilib.

Hazırda raketin uçuş məsafəsi, hündürlüyü və sürətinin təhlili aparılır.

xxx

24.09.22 - 19:36

ənubi Koreya ordusu Şimali Koreyanın sualtı qayıqdan buraxılan ballistik raketi sınaqdan keçirməyə hazırlaşdığına dair əlamətlər aşkarlayıb.

Publika.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

Hərbçilər Şimali Koreyanın Cənubi Hamqyonq əyalətinin Sinpo şəhərində təlim keçiblər. Bu məlumat kommersiya peyk görüntülərinə istinad edən ABŞ-ın beyin mərkəzinin bu həftəki məlumatlarına uyğundur.

"Biz Şimali Koreyanın SLBM ilə əlaqəli obyektlərini və fəaliyyətlərini yaxından izləyirik və tam hazırlıq vəziyyətindəyik", - Cənubi Koreyalı hərbi rəsmi bildirib.

Agentlik qeyd edir ki, Şimali Koreyanın potensial təxribatı Cənubi Koreyanın ABŞ-ın vitse-prezidenti Kamala Harrisin sentyabrın 29-na planlaşdırılan Seula səfərinə hazırlaşdığı vaxta təsadüf edir.

ABŞ hökumətinin rəsmi nümayəndəsi Harrisin Yaponiya və Cənubi Koreyaya səfəri zamanı Şimali Koreyanın nüvə silahı sınaqdan keçirə biləcəyini bildirib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm