Dünya
Putinlə Poroşenko növbəti dəfə razılaşdılar
Rusiya Prezidenti Vladimir Putinlə Ukayna Prezidenti Pyotr Poroşenko arasında daha bir telefon danışığı reallaşıb.
Axar.az Rusiya prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, telefon söhbətində Putin Rusiya Federasiyasının Ukraynadakı böhranın sülh yolu ilə nizamlanmasına yardım göstərməyə hazır olduğunu bildirib.
Prezidentlər həmçinin Kiyevin AB ilə assosiasiyası ilə bağlı meydana çıxmış məsələlərin həlli üzrə işləri davam etdimək haqqında razılığa gəliblər.
Söhbətin gedişində Ukrayna daxilindəki münaqişə tərəflərinin ölkənin cənub-şərqində davamlı atəşkəs rejmini təmin etməsinin zəruriliyi də qeyd edilib.
Xatırladaq ki, avqustun 23-də Ruusiyanın göndərdiyi ilk humanitar yardım döyüşlərdən zərər çəkmiş əhaliyə qida, geyim çatdırıb. Humanitar yardım karvanı 280 yük maşınından ibarət idi. Minsk danışıqlarının iştirakçıları Rusiyadan Ukraynanın şərqinə yollanacaq daha iki humanitar yardım karvanının təşkil edilməsi haqqında razılığa gəliblər.
-
Magazin123:04
Roza Zərgərli bu FOTOlarla gündəmə gəldi
-
Region22:00
Türkiyədə matəm elan edildi
-
Region21:40
Rəisinin dəfn mərasimi bu şəhərdə keçiriləcək: tarix dəqiqləşdi - YENİLƏNDİ
-
Magazin120:50
Xalq artisti rəqqasələri topa tutdu: Pula görə özlərini alçaldırlar
-
Region20:25
İranda prezident seçkilərinin keçiriləcəyi tarix AÇIQLANDI
-
Nida Xəbər 19:38
Körpü Azərbaycanın nəzarətinə keçdi: Ermənistan Kirants kəndinə dolama yol çəkir
-
Region18:26
Mühəndis pilot açıqladı: Helikopterin qalıqları sübut edir ki...
-
Region18:18
İranda qəzada ölən valinin yerinə TƏYİNAT