Çindən Aİ üçün fəlakət PROQNOZU: ABŞ-ı kor-koranə izləyirlər...
Bizi izləyin

Dünya

Çindən Aİ üçün fəlakət PROQNOZU: ABŞ-ı kor-koranə izləyirlər...

"Avropa İttifaqı Amerikanın Rusiyaya qarşı siyasətindən asılı qalmaqda davam edir ki, bu da təkcə Qərb üçün deyil, bütün dünya üçün fəlakətlə nəticələnə bilər".

Publika.az xəbər verir ki, bu fikir Çində dərc edilən "Global Times" nəşrində yer alıb .

Nəşr diqqəti Aİ ölkələrinin “Vaşinqtondan asılılığının o dərəcədə artdığına, onların Rusiya siyasətinə münasibətdə ABŞ-ın sədaları altında rəqs etməli olduğuna” yönəldib. Bu ona gətirib çıxarır ki, Avropa İttifaqı Rusiyaya qarşı məhdudiyyətləri öz zərərinə gücləndirir.

Məqalə müəllifi bütün dünya ölkələrini “Avropanın əzabları” haqqında düşünməyə çağırıb, xüsusən də bu, Asiya-Sakit okean regionunda bəzi müttəfiqlərə və tərəfdaşlara aiddir.

Qəzet yazır ki, dünyada öz hökmranlığını möhkəmləndirmək üçün ABŞ-ı kor-koranə izləyirlər.

“Bu ölkələr həm də görməlidirlər ki, Avropa iqtisadiyyatı tənəzzülə doğru getdikcə, Vaşinqton Avropanın əziyyət çəkdiyi fəlakətlərdən özünü xilas etmək üçün bundan istifadə etməyə davam edir ”, - materialda deyilir.

Çində qazın qiymətinin qalxması və Ukraynada böhranın davam etməsi fonunda polad və gübrə şirkətləri kimi bir çox müəssisənin enerji asılılığı üzündən biznesini ABŞ-a köçürməyə çalışdığına diqqət çəkilib.

Vaşinqtonun NATO vasitəsilə Ukraynadakı vəziyyətə müdaxiləsi yalnız Avropa dövlətlərinin bir sıra təhlükəsizlik məsələlərində ABŞ-dan asılılığını artırır, “Global Times”ın qənaətinə görə, Aİ-nin strateji muxtariyyətini zəiflədir.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm