Dünya
Çindən Türkiyəyə raket mesajı
Çin Türkiyə ilə uzun müzakirələrə səbəb olan “FD-2000” raketdən müdafiə sisteminin bür müddət əvvəl etdiyi raket atışını ilk dəfə ekranlara gətirib.
Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə,
raket atışı Çin dövlət televiziyası CCTV-də verilib.
CCTV raket batereyasının 80 kilometr məsafəsində olan hədəfi 2
dəqiqə 22 saniyə ərzində vurduğu bildirilib. Telekanal vurulan
pilotsuz hava vasitəsinin qırıntılarını göstərib.
“FD-2000” sisteminin bir müddət əvvəl edilən raket atışının məhz indi yayımlanması Türkiyəyə verilən bir mesaj olaraq da dəyərləndirilə bilər. Belə ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Uels sammitindən dönərkən jurnalistlərə açıqlamasında Çinlə aparılan müzakirələrdə problem yarandığını və Fransa ilə müzakirələrin aparıldığını bildirmişdi.
Qeyd edək ki, rəsmi Ankara keçən ilin sentyabr ayında raketdən müdafiə sistemi almaq üçün ABŞ, Rusiya və ya Avropadakı şirkətlərlə deyil, məhz Çinin CPMIEC şirkəti ilə müqavilə imzalayacağını açıqlamışdı. Bu şirkət isə "nüvə silahlarının yayılması ilə bağlı razılaşmaları" pozduğu üçün 2013-cü ilin əvvəlində ABŞ-ın sanksiya tətbiq etdiyi şirkətlər siyahısına daxil edilib.
Ömər Dağlı
-
İdman01:08
"Real" ÇL-nin finalında! - VİDEO/YENİLƏNDİ
-
Region00:45
Putinlə Paşinyanın görüşü başa çatdı - YENİLƏNDİ
-
Qoroskop00:35
Günün qoroskopu: nüfuzlu insandan dəstək ala bilərsiniz
-
Hadisə8 May 23:34
Xırdalanda küçə itləri qadını dişlədi - ANBAAN VİDEO
-
Hadisə8 May 21:59
Hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq buna görə təşkil edilibmiş... - FOTO
-
Qoroskop8 May 20:55
Yeni ay bu 3 bürcü sevindirəcək – Şans onlardan yanadır
-
Magazin18 May 19:40
“Mənə Avroviziyadan yazana söyüş qoymuşam” - Aparıcı
-
Kriminal8 May 18:30
Tanınmış modeli döyməkdə təqsirləndirilən biznesmendən xəbər var - Külli miqdarda pul mənimsəyib?