Dünya
26 əsir geri qaytarıldı
Ukrayna prezidenti Petro Poroşenko öz “tvitter”
səhifəsində 26 hərbiçinin azad edilməsi barədə yazıb.
ANS PRESS-in məlumatına görə, “İndicə mənə deyiblər ki, Qorlovkada
olan 6 əsir və Donetskdə 20 hərbiçi azad edilib”- deyə Poroşenko
yazıb.
Hərbiçilərin azadlığa buraxılmasının şərtləri və şəraiti barədə
Prezident heç nə qeyd etməyib.
Daha öncə Ukraynanın silahlı qüvvələrinin rəhbərliyi bəyan etmişdi
ki, Ukraynanın şərqində separatçılar barışığın şərtlərinə uyğun
olaraq 648 əsir götürülmüş ukraynalı əsgəri azad edib və daha 500
hərbi qulluqçunun azad olunması üzrə iş gedir.
Bazar ertəsi isə Ukrayna prezidenti 1200 əsgərin azad olunduğunu
bəyan edib, amma əslində Ukraynanın hərbi idarəsində
aydınlaşdırıldığı kimi bu saydan yarısı-648 nəfər buraxılıb.
Separatçılar Ukrayna hərbçilərinin girovluğunda 311 döyüşçünün
olduğunu bəyan edirlər.
Bir həftə əvvəl razılaşdırılmış barışığın şərtlərinə əsasən, bütün
girovlar azad olunmalıdırlar.
Rəsmi şəxslər iddia edirlər ki, tərəflər barışığa yerli toqquşmalar
və atışmalar haqda ortaya çıxan məlumatlara baxmayaraq ümumilikdə
və bütövlüklə riayət edir.
Bu arada Ukrayna müdafiə nazirliyinin təmsilçisi Andrey Lısenko
Donetsk və Luqansk regionunda vəziyyətin gərginləşdiyini bəyan edib
və separatçıları razılaşmaları pozmaqda ittiham edib.
Qeyd edək ki, barışıq elan olunduğu cümə günündən beş ukraynalı
hərbçi həyatını itirib.
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi