Pakistan hakimiyyəti taliblərlə danışıqlar aparacaq
Bizi izləyin

Dünya

Pakistan hakimiyyəti taliblərlə danışıqlar aparacaq

Nəvaz Şərif vəziyyətin sülh yolu ilə həllinə ümid etdiyini bəyan edib. Amma danışıqlar pozulduğu halda, hökümət münaqişənin hərbi yolla həllinə əl ata bilər, baş nazir deyib.

Pakistan hakimiyyəti çərşənbə günü “Taliban” nümayəndələri ilə ilkin danışıqlar aparacaq. Publika.Az BBC-yə istinadən xəbər verir ki, ölkənin baş naziri Nəvaz Şərif vəziyyətin sülh yolu ilə həllinə ümid etdiyini bəyan edib. Amma danışıqlar pozulduğu halda, hökümət münaqişənin hərbi yolla həllinə əl ata bilər, baş nazir deyib.

Pakistanlı taliblər ölkə sərhədləri daxilində şəriət qanunları ilə yaşayacaq “əsl islam” dövlətinin yaradılması uğrunda mübarizə aparırlar.Təkcə 2013-cü ildə min iki yüz dinc əhali və hərbiçi taliblərin hücumlarının qurbanı olub.2013-cü ildə ABŞ-ın pilotsuz təyyarəsinin hücumunda həlak olan Pakistanlı taliblərin lideri Həkimulla Məhsuddan sonra hərəkata Mövlanə Fəzlulla rəhbərlik edir.Onun təyinatından sonra taliblər hakimiyyət ilə sülh danışıqları aparmayacaqlarını bəyan ediblər.

İsmayıl

Oxumağa davam et
Reklam
Reklam

Gündəm