Dünya
“AST Telman” Türkiyə vətəndaşı olur
“AST Telman” kimi tanınan azərbaycanlı iş adamı Telman İsmayılov Türkiyə vətəndaşı olur.
Publika.az-ın məlumatına görə, Türkiyə Böyük Millət Məclisinin (TBMM) daxili işlər komissiyasının rəhbəri, hakim Ədalət və İnkişaf Partiyasından (AKP) seçilmiş deputatı Ziyaeddin Akbulut bildirib ki, yeni qəbul edilən “Türk Vətəndaşlığı Qanunu” Türkiyəyə investisiya vəsaiti yatıran əcnəbilərin ölkə vətəndaşı olmasını asanlaşdıracaq.
TBMM-nin üzvü deyib ki, Antalyaya 1.4 milyard dollarlıq otel biznesi ilə investisiya vəsaiti yatıran azərbaycanlı iş adamı Telman İsmayılovun da bundan sonra Mədəniyyət və Turizm Nazirliyinin təklifi ilə rahatlıqla Türkiyə vətəndaşı ola biləcək.
Z.Akbulut əlavə edib ki, artıq sözügedən qanun Türkiyə prezidenti tərəfindən də qəbul edilib.
Xatırladaq ki, Rusiyada yaşayan iş adamı və AST Şirkətlər Qrupunun sahibi, milyarder Telman İsmayılov Türkiyə vətəndaşlığını almaq üçün ötən il rəsmi müraciət edib.
Vasif Həsənli
-
Cənubi Qafqaz09:50
Paşinyan 1000-dən çox xüsusi təyinatlını sərhədimizə göndərdi - Nə baş verir?
-
Hadisə09:35
Tanınmış aşığın gəlini evdən qaçdı - VİDEO
-
Nida Xəbər 09:30
Ermənistan polisi Azərbaycanla sərhəddə xüsusi əməliyyat keçirir - Saxlanılanlar var
-
Hadisə09:18
Əri tərəfindən başı kəsilən Sevincin toy görüntüləri - VİDEO
-
Magazin208:45
18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” ETİRAFI - VİDEO
-
Ekologiya08:30
Bakıda küləkli hava nə vaxtadək davam edəcək?
-
Nəqliyyat08:25
Bu yolda avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu
-
İdman08:20
Reşford yenə gecə klubunda: Bu dəfə kolumbiyalı gözəllə – FOTO