“İŞİD Rusiya və ərəb ölkələrini dağıtmaq üçün yaradılıb” – Şok iddia
Bizi izləyin

Dünya

“İŞİD Rusiya və ərəb ölkələrini dağıtmaq üçün yaradılıb” – Şok iddia

Aylardır ki, dəhşətli cəzalandırma metodlarl ilə gündəmdə olan, başkəsmə videoları ilə insanları qorxudan “İslam Dövləti” (İŞİD) terror təşkilatı hazırda dünya ictimaiyyətinin diqqətində olan bir dərəcəli məsələyə çevrilib. Buna səbəb isə ABŞ prezidenti Barak Obamanın İŞİD-ə qarşı mübarizə üçün dünən açıqladığı strategiya oldu.

İraqda öz mövqelərini möhkəmləndirən İŞİD son aylarda bəzi dövlət funksiyalarını da yerinə yetirir. Məsələn, “İslam Dövləti” nəzarət etdiyi ərazidə vergi toplayır, qanunlar qəbul edir. İŞİD-in hazırda region üçün təhlükəli olması hamı tərəfindən qəbul edilir. İŞİD-in bir müddət əvvəl şimal qonşumuz olan Rusiyanı da hədələməsi, Qafqazı ondan alacağını bildirməsi bir daha göstərdi ki, terror təşkilatı təhlükəni İraq, Suriya və yaxud bütövlükdə Yaxın Şərq ilə məhdudlaşdırmaq niyyətində deyil. Görəsən, İŞİD təhlükəsinin Rusiya və bu ölkə ilə həmsərhəd ərazilərə yayılma ehtimalı nə qədərdir?

Publika.az-ın verdiyi xəbərə görə, vestikavkaza.ru saytına açıqlamasında bu sualı Rusiya Diplomatları Assosiasiyasının sədr müavini Andrey Baklanov, politoloq Yevgeni Satanovski və şərqşünas, Yaxın Şərq İnstitutunun prezidenti Vyaçeslav Matuzov cavablandırıb.

Yevgeni Satanovski deyir ki, “İslam Dövləti”nin yaratdığı təhlükə Rusiya, xüsusilə Şimali Qafqaz üçün tamamilə realdır: “Onları ciddi qiymətləndirmək lazımdır. Nəzərə alaq ki, İŞİD terror təşkilatının tərkibində Rusiya Federasiyası ərazisindən iki mindən çox döyüşçü, həmçinin etnik çeçenlər, Kabardin-Balkar və Dağıstan ərazi subyektlərinin nümayəndələri var. Sözsüz ki, həmin insanlar bir vaxtlar Qafqaz ərazisindən sıxışdırılıb, onlar hakimiyyəti tutmaq və rejim qurmaq imkanlarını itirib. Hansı ki onlar həmin rejimi hazırda Suriya və İraqda qurublar. Onlar qisas almağa çalışacaqlar. Onlarda pul kifayət qədərdir və yaxşı döyüş təcrübəsi var. Onlar Qafqazda terror aktlarını təşkil etməyə çalışacaqlar. Bu yüz faizdir”.

Satanovski vurğulayıb ki, ilk növbədə Rusiyadan Suriya və İraqa cihada gedənlərlə ciddi məşğul olmaq lazımdır: “İlk növbədə təhsil almağa, həmçinin Həccə gedənlərlə məşğul olmaq lazımdır. Onlar daha sonra evə qayıtmır və illərlə ortadan yox olurlar. Terrorçular arasında olan bu insanlar sonradan geri qayıdaraq öz həmvətənlərini arxadan vura bilərlər”.

Andrey Baklanovun fikrincə, İŞİD-in mövcudluğu Yaxın Şərqin siyasi və ideoloji atmosferinə mənfi təsir edir: “Burada bir sıra aspektlər var. Onlardan birincisi odur ki, müsəlmanların şüuruna xəlifə və islamın tərəfdarlarının iki aşkar düşməninin olduğu fikri yeridilir. Bu dövlətlər ABŞ və Rusiya Federasiyasıdır. Beləliklə, ərəb-müsəlman dünyasında vəziyyətə təsir etməyə çalışan iki tamamilə müxtəlif dövlət bir gəmidə peyda olurlar. Hesab edirik ki, “İslam Dövləti” geniş beynəlxalq sui-qəsddir və məqsədyönlü şəkildə Rusiya Federasiyasına qarşıdır. İkinci aspekt döyüşçülərin İraq və Suriyadan digər regionlara axın təhlükəsidir. Əgər İŞİD-ə qarşı döyüş əməliyyatları başlanacaqsa, döyüşçülərin bir hissəsi başqa yerlərə, o cümlədən Qafqaza axın etməyə məcbur olacaqlar. Təəssüf ki, bu, keçmişdə baş verib və gələcəkdə də bunun olacağını istisna etmək olmaz”.

Andrey Baklanovun sözlərinə görə, islam ölkələri üçün dövlət quruluşunun optimal forması kimi xəlifəlik İŞİD i təbliğatının son dərəcə mənfi təsiri üçün üçüncü aspektdir: “Yaxın vaxtlarda bunu Misir təcrübəsi də göstərdi. Hakimiyyətə gələn ekstremistlərin əslində heç bir müsbət proqramı yoxdur”.

İŞİD-in dünyanın digər ölkələrində, ö cümlədən Rusiyada başqa terror təşkilatlarını aktivləşdirmə ehtimalına gəlincə, ekspert vurğulayıb ki, belə bir ssenarini istisna etmək olmaz: “Belə təhlükə mövcuddur. Buna görə də terrorçuların sərhədlərimizi keçməməsi üçün qanunun gücündən istifadə etmək lazımdır. Eyni zamanda ideoloji-mədəni iş aparmaq lazımdır ki, əhali İŞİD-in təbliğatına kifayət qədər müqavimət göstərsin”.

Vyaçeslav Matuzovanın fikrincə, Rusiya üçün təhlükənin yaranacağı şübhəsizdir: “Təhdid sözsüz ki, baş verəcək. Çünki ABŞ İŞİD-i şimal istiqamətində, Qafqaza yönəltməyə çalışır. Onlar “İslam Dövləti”ni yaradaraq silahlandırdılar və bütün müharibə dövründə Suriya rejiminə qarşı maliyyələşdirdilər. Bu gün isə onları Qafqaza, Rusiyaya və Qara dəniz hovzəsinə itələmək istəyirlər. Düşünürəm ki, amerikalıların bu cəhdləri islam mühitində dəstək tapmayacaq, çünki islamın əsas düşməni Amerika idi və belə də qalır. Xatırladaq ki, ABŞ 2001-ci ildən sonra rəsmən elan edib ki, islam ABŞ-ın əsas düşmənidir. Bu, Amerikanin rəsmi doktrinasının bir hissəsidir. Amerikalıların bu mövqeyi əvvəlki kimi qalır. Amerikalılar islam coğrafiyasında terror strukturlarını ərəb dövlətləri və Rusiyanı dağıtmaq üçün yaratdılar. Bunu islam dünyası da görür və buna görə də əminəm ki, ABŞ-ın istədiyini reallaşdırmaq şansı yoxdur”.

O həmçinin “İslam Dövləti”nin Rusiyanın ünvanına etdiyi və internetdə yerləşdirilən xəbərdarlığın arxasında İŞİD-lə əlaqəsi olan Mərkəzi Kəşfiyyat İdarəsinin olmasını istisna etmir: “ABŞ-ın fəaliyyət istiqaməti həm siyasi, kəşfiyyat, həm də informasiyada özünü göstərir. Onların hədəfi İŞİD hücumunun istiqamətini şimala yönəltməkdir. Amma, göründüyü kimi, real təhlükə yalnız şimala deyil, həm də cənuba yönəldilib. Bu təhlükə Fars körfəzinin ölkələrinin, Səudiyyə Ərəbistanı, Liviya və Misir kimi ölkələrin üstündə asılıb”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm