Dünya
Riçardone: “Türkiyəni Əl-Nüsrə ilə əməkdaşlıqdan vaz keçirə bilmədik”
ABŞ-ın Türkiyədəki eks-səfiri Fransis Riçardone keçmişə dair şok açıqlamalar verib.
Publika.az “Hürriyət”ə istinadən xəbər verir ki, üç il müddətində ABŞ-ın Türkiyədəki səfiri olan Fransis Riçardone Suriya böhranı məsələsində Türkiyə hökuməti ilə ortaq məxrəcə gəlmədiklərinə dair açıqlama verib.
Keçmiş səfirin sözlərinə görə, o, Türkiyəyə Suriyadakı bəzi müxalif qruplaşmalara yardım edilməməsinin vacib olduğunu deyib, amma bu xəbərdarlığa rəğmən, rəsmi Ankara həmin qruplaşmalarla əməkdaşlıq edib.
Riçardonenin bu sözlərini xatırladan ABŞ-ın “McClatchy” internet saytı bu qrupların Əl-Nüsrə və Əhrar Əl-Şam olduğunu bildirib.
Media orqanının xəbərinə görə, təqaüdə çıxandan sonra Riçardone Atlentic Council təşkilatında işləyir. Dünən qatıldığı bir konfransda isə ona Türkiyə-ABŞ əməkdaşlığına dair sual verilib.
Rənglərə görə ayırd edirdik
Suriyadakı müxalif qruplaşmaları rənglərinə görə ayırd etdiklərini deyən Riçardone fikrini belə izah edib: qırmızı ilə işarə olunanları “açıq düşmən”, sarı ilə işarələnənləri “orta qrup”, yaşıl ilə işarə olunanları isə “etibarlı dost” olaraq görürlər.
Türkiyə dövlət adamları sarı işarənənləri, yəni “orta qrupu” razı salacaqlarını və onları “yaşıl”a çevirə biləcəklərini düşünürlər. Riçardone isə belə deyib:
“Biz də onlara: “Təbii ki, bu ola bilər. Amma sizin razı salacağınızı düşündüyünüz bir çox qrupu biz bu çərçivədən uzaqda görürük. Onlarla işləməyimiz mümkün deyil. Siz də onlarla işləməsəniz, yaxşı olar. Düşünürük ki, bu qruplara sərhədlərinizi də keçməyə icazə verməməyiniz vacibdir” dedik”.
Riçardone Türkiyənin Əhrar liderləri ilə işləməyə könüllü olduğunu, amma ABŞ-ın bu qruplara güvənmək məsələsində çox böyük ehtiyatla davrandığını, bu qruplara silah verməyin isə əleyhinə olduqlarını vurğulayıb.
Vüsal Tağı
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı
-
Hadisə3 May 21:10
6 gündür axtarışda olan Nigar tapıldı: Niyə qaçıbmış? - VİDEO
-
Elm və təhsil3 May 20:30
Direktorun səs yazısı yayıldı, uşaq bağçası nəzarətə götürüldü