Dünya
Türkiyə İŞİD təhdidinin fərqinə vardımı? – TƏHLİL/ FOTOLAR
Publika.az “BBC”-nin Hataydakı (Türkiyə - red.) müxbirinin təhlilini təqdim edir:
Türkiyə və Suriya arasındakı sərhəd pambıq tarlaları və zeytun ağaclarından ibarətdir.
Sərhədin bir tərəfində NATO-nun üzvü, digər tərəfində isə radikal islamçı yaraqlılar at oynadan və avropalı qüvvələrin hədəfində olan ölkə var.
Türkiyə 911 kilometrlik sərhədini Suriyadakı vətəndaş qırğını sayəsində güclənən İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatına və digər radikal islamçı qruplara qarşı qüvvətləndirdiyini deyir.
Amma indiyədək sərhəddən keçənlərə görə fərqli bir mənzərənin yarandığını görürük.
Suriyada üç ildən çoxdur davam edən vətəndaş qırğınında əsas yol həmişə Türkiyə üzərindən olub. Radikal islamçı qrupların silahları da Türkiyə üzərindən Suriyaya aparılıb.
Suriyadakı Bəşər Əsəd rejiminə qatı şəkildə qarşı çıxan rəsmi Ankaranın siyasəti “Əsəd xaric hamı qəbuldur” yönündə olmuşdu.
Türkiyənin Suriyada getdikcə güclənən radikal islamçı təşkilatları görməzlikdən gəlməsi və daha da pisi, onları aktiv şəkildə dəstəkləməkdə suçlanması qərbdə tez-tez tənqid mövzusu olub.
Amma son aylarda mənzərə dəyişib. İyun ayında aralarında Türkiyənin Mosuldakı konsulu da olmaqla 49 türk diplomat və ailəsi İŞİD tərəfindən əsir götürüldü.
Və nəticədə Mosul konsulluğuna basqın, İŞİD-in həm Suriyada, həm də İraqda sürətlə güclənməsi Türkiyənin mövqeyini dəyişdirməsinə səbəb oldu. Artıq sərhəddə quş belə uçmur.
Keçmək mümkün deyil
Hatayda sərhəddə dayanan Türkiyə əsgərləri ilə görüşmək imkanımız oldu. Bölgədə yoxlamaları artırıblar. Sadəcə, Hatay və ətrafında 5 min əsgər təhlükəsizliyi təmin edir. Məqsədləri sərhədin nəzarətini əldən verməməkdir.
Bölgədəki birliyin komandiri polkovnik-leytenant Umid Durmaz bizə sərhədi qorumaq üçün istifadə etdikləri yüksək texnoloji cihazları göstərir. Radarlar, termal kameralar iş başındadır.
Polkovnik-leytenant Durmaz Türkiyənin sərhədi qorumaq üçün gec hərəkətə keçdiklərinə dair tənqidlərlə razı deyil. O qeyd edib: “Suriyadakı müharibə başlayan kimi sərhəd nəzarətini artırmaq üçün bütün tədbirləri gördük. Son üç həftədə tədbirlər mərhələ-mərhələ artırılır”.
Podpolkovnik Ümid Türkiyəyə yönəldilən tənqidlərin haqsız olduğunu düşünür.
Türkiyənin Avropanı radikal islamçı təşkilatların yaratdığı təhlükədən qoruyub-qorumayacağını soruşuruq.
Polkovnik-leytenantın cavabı belə oldu: “Bizim icazəmiz olmadan sərhəddən keçmək mümkün deyil. Avropanın və Türkiyənin ordumuza güvənməsini istəyirəm. İŞİD, ya da hər hansı başqa bir təşkilat sipərlərimizə hücum edə bilməz. Əgər buna cəhd olunsa, bütün qüvvəmizlə cavab verərik”.
Hatay və ətrafındakı türk əsgərləri əsasən xırda-xuruş qaçaqmalçılıq işlərinə müdaxilə edirlər.
Türkiyə əsgəri hər gün sıraya düzüləndə ölkə sərhədlərini və torpaq bütövlüyünü qoruyacaqlarına dair and içdikdən sonra bəzi əsgərlər qüllələrə çıxır.
Qüllələrdən Əl-Nüsrə nəzarətindəki Suriyanın şimal torpaqlarını görmək mümkündür.
Bölgədə xidmətdə olan digər komandir polkovnik-leytenant Ünsal Akyel “gündə 10-15 qaçaqmalçı yaxalayırıq. Çoxu da sərhəddən neft və ya siqaret keçirməyə çalışır. Adətən atəş açırlar, biz də qarşılıq veririk” deyir.
Elə bu vaxtı çayın kənarında bir obyektin hərəkət etdiyi fərq edilir. Suriyadan Türkiyəyə keçməyə çalışan bir qrup olduğu əsgərin “ratsiya”sında deyilir. Əsgərlər zirehli avtomobillərə minərək sərhədi keçən qrup tərəfə sürətlə hərəkət edir.
Gələnlər müharibədən qaçan qaçqınlardır... Suriyadakı müharibənin başlamasından indiyədək ölkəni 3 milyondan çox suriyalının siyahısına bir qrup da əlavə olunur.
Yorğun-arğın gələn suriyalılar günəşin altında otururlar. Ən balacaları isə əlində bir şüşə qırığı ilə oynayır.
Yanlarına gedib danışmaq istədiyimiz zaman bizə beş uşaq anası Heyfek Neus cavab verir və “Əsəd rejimindən qaçdıq. Çünki kəndimizi bombaladılar. Çoxlu uşaq öldü” deyir.
Ailənin bütün fərdləri sərhədi keçə bilməyiblər. Heyfek Neus qardaşının yolda öldüyünü deyir.
Asan hədəf
Sadəcə, bu il Türkiyə sərhədini keçmək istəyən 17 min nəfər yaxalanıb.
Bu say 2013-cü ildə yaxalananların iki qatıdır. Və sərhəddəki nəzarətin necə möhkəm olduğunu da sübut edir.
Yaxalananların böyük bir hissəsi qaçqındır. Amma aralarında Türkiyədən Suriyaya keçmək istəyən cihadçılar da var.
Türkiyədən Suriyaya keçmək istəyən zaman yaxalanan 9 min nəfər 15 fərqli ölkənin vətəndaşlarıdır. Bunların arşında somalililər də var, danimarkalılar da, fransızlar da.
Əvvəllər Hataya uçan mülki təyyarələr Suriyadakı müharibəyə qatılmaq istəyən xarici cihadçılarla dolu olardı. Hataydakı zəif sərhəddən təhlükəsizlik tədbirlərindən faydalanaraq asanlıqla Suriyaya girə bilirdilər. Amma indi heç də əvvəlki kimi deyil.
Vüsal Tağı
-
Hadisə4 Oktyabr 21:45
Bakıda villa YANDI - VİDEO/YENİLƏNDİ
-
Hadisə4 Oktyabr 21:39
Azərbaycanda müəllim intihar etdi - FOTO
-
Dünya4 Oktyabr 21:05
ABŞ-dan Gürcüstandakı vətəndaşlarına XƏBƏRDARLIQ
-
Dünya4 Oktyabr 19:55
İsrail ordusu “Hizbullah”ın 21 komandirini öldürdü
-
Magazin14 Oktyabr 19:45
Ayanın toy geyimi müzakirə yaratdı - VİDEO
-
Sosial4 Oktyabr 19:15
Bakıda yeni bulvar salınır - VİDEO
-
Sosial4 Oktyabr 18:35
Metro istifadəçilərinin nəzərinə! - Cərimələr artırılır
-
Yaxın Şərq4 Oktyabr 17:52
İran İsrailə yenidən xəbərdarlıq etdi - Vuracağıq