Dünya
Putin: “Ukrayna yad maraqların girovudur”
Avropa Birliyi və ABŞ-ın Rusiyaya qarşı sanksiyalarını “qəribə” adlandıran prezidentVladimir Putin sanksiyaların hədəfinin Ukraynada sülh prosesinin ola biləcəyini deyib.
Publika.az-ın İTAR-TASS xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Düşənbədə Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirak edən Putin sanksiyalara cavab addımlarını istisna etməyib.
V.Putin sanksiyaların məhz məhz Ukrayna hakimiyyəti ilə Donbas “özünümüdafiə” qüvvələri arasında əldə olunan Minsk sülh razılaşmasından sonra qəbul olunmasından təəccübləndiyini gizlətməyib.
“Hətta anlamıram, sanksiyalar nə ilə bağlıdır? Bəlkə prosesin sülh ssenarisi üzrə getməsi kiminsə xoşuna gəlmir? Faktiki olaraq sülh prosesinin kəsilməsinə yönəldilən addımlar başlanır. Belə bir fikir yaranır ki, Ukrayna heç kəsi maraqlandırmır, o yalnız beynəlxalq vəziyyətin istiqamətləndirilməsi üçün istifadə olunur. NATO-dan bir hərbi blok kimi deyil, ABŞ xarici siyasətinin əsas aləti kimi, əlaltılarını öz ətrafında birləşdirmək üçün istifadə olunur. Ukrayna yad maraqların girovudur”, - V.Putin dilə gətirib.
Rusiya prezidenti Qərbin ölkələrinin Rusiyanın tək partnyoru olmadığını, alternativlərin olduğunu vurğulayıb.
Ömər Dağlı
-
Kriminal04:14
Paytaxtda QANLI GECƏ: ailə üzvləri yaşadıqları evdə bıçaqlandılar
-
Hadisə03:23
Lənkərandan ACI XƏBƏR: ölən və xəsarət alanlar var - FOTO
-
Magazin202:12
“Miss Russia 2024” müsabiqəsinin qalibi bəlli oldu
-
İKT01:21
"YouTube"a yeni RƏQİB GƏLİR: müsabiqə elan edildi
-
Region00:30
Türkiyədə silahlı qadın doğum evinin həkimlərini GİROV GÖTÜRDÜ
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə mövzular gündəmə gələ bilər ki...
-
Hadisə00:00
Xoşqədəm baldızı tərəfindən döyülən qadının VİDEOSUNU YAYDI
-
Əmlak5 Oktyabr 23:36
Bakıda bu evlər sökülür: pul veriləcək - FOTO